Məhkəmə qərarları › İş №3(039)-382/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-382/2023

29.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-382/2023 29.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Varvara kəndində qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Yevlax rayonu Varvara kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X2 çıxış edərək bildirmişdir ki, rayon polis şöbəsinin əməliyyat-istintaq qrupu xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində X5 şikayəti əsasında Yevlax rayonu Varvara kəndinə getmişlər. Polis əməkdaşları qeyd edilən ünvana vətatndaşın izhatını almaq üçün gəldikdə Fatma Rəsulovanın əri Şəxs sərxoş vəziyyətdə ucadan səs-küy salaraq vətəndaşın ərizə və izahatının alınmasına maneəçilik törətmişdir. Polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət etmişlər. Lakin Şəxs polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərinə davam etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında həyat yoldaşı Fatma ilə mübahisə etmişdir. Bundan bir qədər sonra onun yaşadığı ünvana polis əməkdaşları gəlmiş və o, bundan sonra arvadının onun barəsində şikayət etdiyini öyrənmişdir. O, polis əməkdaşlarına əsəbi halda ər-arvad arasında mübahisə olduğunu, məsələni özü həll edəcəyini və ərizənin alınmasına zərurət olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu səs-küy salmamağa dəvət etdikdə o, əsəbi olduğu üçün uca səslə danışmağa davam etdiyindən polis əməkdaşları ona rayon polis şöbəsinə getməyi təklif etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmişdir. Hazırda əməlindən peşman olmasını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs sədrlik edənin əlində olan xəsarətlərin yaranma və üzərində olan köynəyin kəsilməsi-deşilməsi səbəbinin yaranması sualına cavab olaraq bildirdi ki, polis əməkdaşları gəldikdən sonra əsəbi olduğu üçün evin pəncərəsinə vurduqdan sonra əlini şüşə kəsmiş, köynəyi isə üzərində olan metal naxışları ona əsəb verdiyi üçün dartıb qopartdığından əmələ gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis kapitanı X6 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə rayon polis öbəsinin əməliyyat-istintaq qrupun tərkibində xidmətdə olmuşdur. Həmin tarixdə saat saat 19:10 radələrində X5 şikayəti əsasında o, qrupun digər üzvləri ilə birlikdə Yevlax rayonu Varvara kəndinə getmişlər. Onlar qeyd edilən ünvana vətəndaşın izhatını almaq üçün gəldikdə Fatma Rəsulovanın əri Şəxs sərxoş vəziyyətdə ucadan səs-küy salaraq vətəndaşın ərizə və izahatının alınmasına maneəçilik törətmişdir. Onlar həmin şəxsi nizam-intizama dəvət etmişlər. Lakin Şəxs onların qanuni tələbinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərinə davam etdiyi üçün tərəflərindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Yevlax rayonu Varvara kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; 501 №-li, xx.xx.2023-cü il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs yüngül dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir; xx.xx.2023-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xəta törətmiş şəxsin sərxoş olmamasını (İXM 33.1.7) nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 27 may 2023-cü il tarixdən saat 20:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar