Məhkəmə qərarları › İş №3(039)-383/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-383/2020

24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-383/2020 24.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin MN ******* saylı inzibati xəta haqqında protokolundan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protkol ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətasını törətmişdir. Səlahiyyətli orqanın protokoluna əsasən X3 xx.xx.2020-ci il tarixdə səbəbsiz olaraq evdən çıxaraq xüsusi karantin rejimi qaydasını pozulması halına yol vermişdir. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə MN seriyalı ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protkol tərtib edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protkolun ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırılmışdır ki, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru polis kapitanı X2 xx.xx.2020-ci il tarixində saat 17:00 radələrində metronun Həzi Aslanov stansiyası yaxınlığında onu saxlayaraq Bölməyə dəvət etmiş və İnzibati Xətalar Məcəlləsinin 211-maddəsinin tələblərini pozduğunu bildirərək cərimə olunması barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. O, Vüqar Əhmədova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə işlədiyini, hazırda işdən çıxaraq evə getdiyini və Bakı şəhəri daxilində hərəkətinə icazə verən arayışının olduğunu bildirsə də, o, buna əhəmiyyət vermədən protokol tərtib etmişdir. Əlavə olaraq bildirmişdir ki, "Koronaviris (covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 N-li qərarına əsasən ölkə ərazisində bir çox şəxslərə xx.xx.2020-ci il saat 00:00-dan hərəkıt məhdudiyyəti tətbiq edilmişdir. Habelə Qərarın 1.1. bəndində "aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir" qeyd olunmuşdur. Həmin bəndin 1.1.8. yarımbəndində icazə verilən şəxslər haqqında "dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli əlavə)" göstərilir. 1 nömrəli Əlavənin 6-cı sırasında isə -Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri) qeyd olunmuşdur. Göründüyü kimi Nazirlər Kabinetinin Qərarına əsasən ölkə ərazisində hərəkət məhdudiyyəti xx.xx.2020-ci il saat 00:00-dan qüvvəyə minməsinə baxmayaraq onun barəsində xx.xx.2020-ci il tarixində inzibati protokol tərtib edilmişdir, həmçinin çalışdığı Dövlət Neft Şirkətinin işçilərinə karantin dövründə hərəkət etmələrinə icazə verildiyi halda və onun bu barədə rəsmi arayışı olduğu halda polis əməkdaşları bunu nəzərə almamışlar. Qeyd edilənləri nəzərə alıb barəsində əsassız olaraq tərtib olunmuş Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protkolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 və səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.(xx xxxx 2020-il tarixli dəyişikliyə qədər); 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş MN seriyalı ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X3 xx xxxxx 2020-ci il tarixdə səbəbsiz yaşayış yerini tərk etməsiilə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halı aşkar olunmuş və o, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinmişdir. X3 şikayət ərizəsində Bakı şəhəri daxilində hərəkətinə icazə verilən arayışının olduğunu bildirsə də, məhkəmə proseslərində iştirak etməmiş və şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda xx xxxxx 2020-ci il tarixdə qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayəti və ümumi məlum olan faktlarla təsdiq edildiyindən, inzibati protokol əsasında X1 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar