Məhkəmə qərarları › İş №3(039)-383/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-383/2022

09.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-383/2022 09.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis X9 X6 Avtomobil Müfəttişi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Rafiq oğlunun və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.2004-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Göygöl rayonu Yeni qızılca kəndində yaşayan. Şəxs Rafiq oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair X10 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs Rafiq oğlu 13 dekabr 2021-ci il tarixdə idarə etdiyi “Qaz-24” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən Yevlax şəhəri Nizami prospektində əks istiqamətli hərəkət zolagına çıxmaqla manevr etmə qaydasını pozaraq piyada Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis X9 X6 Avtomobil Müfəttişi, polis baş leytenantı X7 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və Şəxs Rafiq oğlunun barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Rafiq oğlu məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, 13 dekabr 2021-ci il tarixdə saat 16 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 24 Minik” markalı, 25 BB719 dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri Nizami prospektində əks istiqamətli hərəkət zolagına çıxmaqla manevr edərkən həmin vaxt qəflətən bir nəfər şəxs yolu keçmək istədiyini görmüş lakin məsafə az olduğuna görə ehtiyyatsızlıqdan piyadanı vurmuşdur. Piyadanı vurduqdan sonra dərhal maşından düşmüş, piyadanı öz avtomobilinə qoyaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparmaq istəmiş lakin piyada həkimə getməkdən imtina etdiyinə görə o, hadisə yerini tərk edərək yaşadığı Göygöl rayonuna getmişdir. Hazırda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndəla razılaşmış və 1500 manat məbləğində zərəri ödəməyi öhdəsinə götürmüşdür. Əməlindən peşman olmasını bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında çıxış edərək bildirdimişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. 13 dekabr 2021-ci il tarixdə saat 16 radələrində məktəbdən çıxıb yaşadığı evə gedərkən yolun əks istiqamətinə keçmək üçün yola çıxmış həmin vaxt qəflətən bir avtomobil onu vurmuş və hadisə nəticəsində ona yüngül xəsarət almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsə 1500 manat məbləğində zərər dəymişdir. Şəxsla razılaşmış ona dəymiş 1500 manat məbləğində zərəri ödəyəcəkdir. Ona görə də, ondan heç heç bir şikayət və tələbi yoxdur. Yevlax Rayon Polis X3 təhqiqatçısı polis baş leytenantı X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Şəxs Rafiq oğlunun əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İşə əlavə edilmiş “MTE və PA Birliyi”nin Yevlax Rayon Şöbəsinin 802 №-li, 18 dekabr 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs 13 dekabr 2021-ci il tarixdə baş vermiş yol hadisəsi zamanı “sağ gözün ağlı qişasının bayır bucağına yayılmış qansızma, sağ gözaltı nahiyyəsinin qançırı, sağ baldırın yuxarı 1/3-nin ön səthinin sıyrığı” xəsarətlərini almışdır. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa Yüngül zərər vuran xəsarətlərə aiddir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, ekspert rəyindən və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi. 36.1. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. 332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Rafiq oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs Rafiq oğlunun törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs Rafiq oğlunun törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Rafiq oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs Rafiq oğlundan 1500 (bir min beş yüz) manat məbləğində ziyan alınıb zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ödənilsin. Qərarın icrası Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs Rafiq oğluna Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar