Məhkəmə qərarları › İş №3(039)-384/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-384/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-384/2022 18.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X7 iştirakı ilə, 17.08.1980-ci ildə Yevlax şəhərində anadan olmuş, rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Q.Quliyev küçəsi ev 10, mənzil 5-də yaşayan. X12 barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2438/2021 №-li, 15 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən, yaranmış 1300 manat məbləğində aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. Məhkəmə iclasında icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Qorxmaz Əsgərov bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2438/2021 №-li, 15 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən, X3ndan Yevlax Rayon Məhkəməsinin müvəqqəti alimentin tutulması barədə 15 dekabr 2021-ci il tarixli 2(039)-2488/2021 saylı qərardadı əsasında ödənilmiş aliment nəzərə alınaraq 26 oktyabr 2021-ci il tarixdən başlayaraq, 12 iyun 2010-cu il təvəllüdlü X8 və 25 yanvar 2013-cü il təvəllüdlü X10 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağ 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment tələbkar X4 xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar X15a rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. X15 yaranmış 1300 manat aliment borcunun ödənilməsi tələb edilmiş və o, 11 aprel 2022-ci il tarixdə şöbəyə verdiyi izahatında heç yerdə işləmədiyini bildirərək tələbkar Əzəmət Əhmədovanın xeyrinə heç bir ödəniş etmədiyini bildirmişdir. Bununla da X15 onun tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Ona görə də X15 barəsində qanuni tədbir görülməsini xahiş etdi. X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişi almışdır. Hazırda icra sənədi üzrə tələbkar Əzəmət Əhmədovaya 1300 manat məbləğində aliment borcu yaranmışdır. Heç bir yerdə işləmir, maddi vəziyyəti ağırdır. Yaranmış aliment borcunu hazırda ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar X6 məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əhməd Əhmədovun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Qorxmaz Əsgərovun çıxışı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, yəni məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Əhməd Əhmədov həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 inzibati tənbeh tətbiq edərkən şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on gün) müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 18 aprel 2022-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar