Məhkəmə qərarları › İş №3(039)-384/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-384/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-384/2025 19.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP 68963563 saylı inzibati xəta haqqında protkol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25882750 saylı qərardan X2 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, məhkəmə müəyyən etdi: X4 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25882750 saylı saylı inzibati tənbeh vermə haqqında qərardan şkayət verərək, həmin qərarın ləğ edilməsini xahiş etmişdir. X1 məhkəməyə ərizə ilə mürciət edərək, şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 tərəfindən ərizə verildiyindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25882750 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 114-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP 68963563 saylı inzibati xəta haqqında protkol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25882750 saylı qərardan X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar