Məhkəmə qərarları › İş №3(039)-385/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-385/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-385/2022 13.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X6, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakı ilə xx.xx.2001-ci Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 64-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 05 mart 2022-ci il tarixdə saat 12:00 radələrində Yevlax- Bərdə avtomobil yolunda yerləşən Əlvan metal qəbulu məntəqəsində Zərərçəkmiş şəxs döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, Yevlax şəhəri K.Sabitov küçəsi ev 64-də yaşayan Zərərçəkmiş şəxs ərizə ilə Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək 05 mart 2022-ci il tarixdə tanışı Şəxs onu döydüyünü bildirmişdir. Bundan sonra Yevlax Rayon Polis X4 araşdırılma aparılmış, lakin Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə inzibati xətasının tərkibinin əlamətləri olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti aidiyyəti üzrə Yevlax Rayon Polis X2 Bölməsinə təqdim edilmişdir. Qərara əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, onun əvvəllər Nailə Sadıqova ilə sevgi münasibətləri olmuş, təxminən 8 ay əvvəl X10 rayon sakini ilə evlənərək Balakən rayonunda yaşamağa başlamışdır. Buna baxmayaraq Nailə Sadıqova ilə telefon əlaqələri olmuşdur. Bir müddət sonra Nailə Sadıqova ona zəng edərək Mingəçevir şəhərində olduğunu bildirmiş və o, atası ilə birlikdə Mingəçevir şəhərinə gedərək X8 şəhərinə gətirmişlər. 05 mart 2022-ci il tarixdə saat 12 radələrində Yevlax şəhərində yerləşən Mehman marketin qarşısında özünə məxsus “Ford Transit” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən Zərərçəkmiş şəxs və baldızı Kəmalə Abbasova ona yaxınlaşaraq irad bildirmiş, Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb təhqir edərək onun boğaz nahiyyəsindən tutaraq ona fiziki ağrı yetirərək boğmağa cəhd etmişdir. Həmin yerdən uzaqlaşmaq istəyərkən Zərərçəkmiş şəxs yerdən götürdüyü daşı onun avtomobilinə tərəf atmış, lakin daş avtomobilə dəyməmişdir. O, heç kimə xəsarət yetirməmiş və döyməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, nəvəsi 02 aprel 2004-cü il təvəllüdlü Nailə Sadıqova ilə Şəxs arasında əvvəllər sevgi münasibətləri olmuşdur. 2022-ci ilin yanvar ayında X10 rayon sakini Elçin adlı şəxlə ailə quraraq orada yaşamağa başlamışdır. 17 fevral 2022-ci il tarixdə Nailə Sadıqova yaşadığı evdən qaçmış və 25 fevral 2022-ci il tarixdə Mehman atası ilə birlikdə Nailə Sadıqovanı baldızı Kəmalə Abbasovanın evinə gətirmişlər. 05 mart 2022-ci il tarixdə saat 12 radələrində Yevlax şəhərində yerləşən Mehman marketin qarşısında Şəxs ağ rəngli avtomobildə gizləndiyini görmüş və ona yaxınlaşaraq iradını bildirmək istəyərkən Şəxs onun boğazından tutaraq onu boğmağa cəhd etmiş, köməyə onun atası Şakir və baldızı Kəmalə gələrək onları aralaşdırmışlar. Bundan sonra Mehman avtomobilə əyləşərək oradan uzaqlaşarkən o, yerdən daş götürərək avtomobilə tərəf atsa da, daş avtomobilə dəyməmişdir. O, Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bu barədə məlumat vermişdir. Şəxs şikayətçidir və onun barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclası zamanı iş materiallarında olan video görüntüyə baxış keçirilmiş, lakin video görüntüdə Yevlax-Bərdə avtomobil yolunda yerləşən Mehman marketin qarşısında hər hansı inzibati xəta hadisəsinin baş verməsi müəyyən etmək mümkün olmamışdır. Yevlax Rayon Polis X5 təhqiqatçısı, polis kapitanı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 mart 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. “MTE və PA Birliyi” nin Yevlax Rayon Şöbəsinin 05 mart 2022-ci il tarixli, 162 saylı rəyində göstərilmişdir ki, 1959-cu ildə anadan olmuş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər hər iki gözətrafı nahiyyənin qançırı, boğazın hər iki aşağı 1/3-nin yan səthinin sıyrığı küt əlatin təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti 05 mart 2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətlərə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri “MTE və PA Birliyi” nin Yevlax Rayon Şöbəsinin 05 mart 2022-ci il tarixli, 162 saylı rəyi və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdilən və ağırlaşdıran hal müəyyən edilmədi. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs oğlunun törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini kifayət saymayaraq inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 13 aprel 2022-ci il tarixdən saat 12:50-dən hesab edilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar