Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-386/2022 13.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X5 Bölməsinin sahə rəisi, polis mayoru X10, Zərər çəkmiş şəxs X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Pişəvəri küçəsi ev 14, mənzil 5-də yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Yevlax Rayon Polis X5 Bölməsinin polis sahə rəisi, polis mayoru X1 Kəmalə Həsrət qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis mayoru Qurban Qasımov izah etdi ki, Yevlax şəhəri K.Sabitov küçəsi ev 57-də yaşayan X3 05 mart 2022-ci il tarixdə ərizə ilə Yevlax rayon polis şöbəsinə müraciət edərək, 05 mart 2022-ci il tarixdə tanışı Mehman allahverdiyevin onu döydüyünü bildirmişdir. Yevlax Rayon Polis X8 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X9 15 mart 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə inzibati xəta baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X5 Bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs oğlu barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, qardaşı nəvəsi Nailə Sadıqova ilə Mehman Abdullayev arasında əvvəllər sevgi münasibətləri olmuşdur. 2022-ci ilin yanvar ayında X19 rayon sakini Elçin adlı şəxlə ailə quraraq orada yaşamağa başlamışdır. 17 fevral 2022-ci il tarixdə Nailə Sadıqova yaşadığı evdən qaçmış və 25 fevral 2022-ci il tarixdə Mehman atası ilə birlikdə Nailə Sadıqovanı baldızı onun evinə gətirmişlər. 05 mart 2022-ci il tarixdə saat 12 radələrində Yevlax şəhərində yerləşən Mehman marketin qarşısında Mehman Abdullayevin ağ rəngli avtomobildə gizləndiyini görmüşlər. Ona yaxınlaşaraq iradını bildirmək istəyərkən X14 Allahverdiyevanın boğazından tutaraq onu boğmağa cəhd etmiş, köməyə Mehmanın atası Şakir və o, gələrək onları aralaşdırmışlar. O, heç kimi döyməmiş və xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X11 izah etdi ki, onun əvvəllər Nailə Sadıqova ilə sevgi münasibətləri olmuş, təxminən 8 ay əvvəl X19 rayon sakini ilə evlənərək Balakən rayonunda yaşamağa başlamışdır. Buna baxmayaraq Nailə Sadıqova ilə telefon əlaqələri olmuşdur. Bir müddət sonra Nailə Sadıqova ona zəng edərək Mingəçevir şəhərində olduğunu bildirmiş və o, atası ilə birlikdə Mingəçevir şəhərinə gedərək X18 şəhərinə gətirmişlər. 05 mart 2022-ci il tarixdə saat 12 radələrində Yevlax şəhərində yerləşən Mehman marketin qarşısında özünə məxsus “Ford Transit” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən Kifayət Allahverdiyeva və baldızı Şəxs ona yaxınlaşaraq irad bildirmiş, Kifayət Allahverdiyeva nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bundan sonra Şəxs onun boğaz nahiyyəsindən tutaraq boğazını cırmaqlayaraq ona fiziki ağrı yetirmiş və boğmağa cəhd etmişdir. Hazırda Şəxs şikayətçidir. Yevlax Rayon Polis X9 baş təhqiqatçısı, polis mayoru X4 15 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət hadisəsi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Məhkəmə iclası zamanı iş materiallarında olan video görüntüyə baxış keçirilmiş, lakin video görüntüdə Yevlax-Bərdə avtomobil yolunda yerləşən Mehman marketin qarşısında hər hansı inzibati xəta hadisəsinin baş verməsi müəyyən etmək mümkün olmamışdır. “MTE və PA Birliyi” nin Yevlax Rayon Şöbəsinin 11 mart 2022-ci il tarixli, 175 saylı rəyində göstərilmişdir ki, X6 bədənində travma almasınıgöstərən obyektiv məhkəmə-tibb əlamətləri aşkar edilməmişdir. Məhkəmə polis sahə rəisi, polis mayoru Qurban Qasımovun çıxışını, Mehman Abdullayevin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, “MTE və PA Birliyi” nin Yevlax Rayon Şöbəsinin 11 mart 2022-ci il tarixli, 175 saylı rəyində göstərilmişdir ki, X6 bədənində travma almasınıgöstərən obyektiv məhkəmətibb əlamətləri aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Mehman Abdullayevin boğaz nahiyyəsində cırmaqlamayıb boğmaqla ona fiziki ağrı yetirməsi məhkəmə iclasında sübüta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Belə ki, həmin maddəyə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Mehman qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-386/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-386/2022
13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver