Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-391/2025 03.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Səlahiyətli orqanın nümayəndəsi X4, inzibati xəta haqqında qərardan şikayət vermiş X3 iştirakları ilə, Mingəçevir Şəhər Polis X7 Polis Bölməsinin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 Şəhər Polis X7 Polis Bölməsinin xx.xx.2025-cü il tarixli qərarından şikayət verərək, həmin protokolun ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, idarə etdiyi ** HP *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı minik avtomobilini idarə edərkən barəsində Azərbaycan Respublikası İXM 327.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Lakin hadisəni özündə əks etdirən hər hansı bir video-görüntünü onun şəxsi kabinetinə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətini müdafiə edərək, Mingəçevir Şəhər Polis X7 Polis Bölməsinin xx.xx.2025-cü il tarixli qərarın ləğv olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyətli orqanın nümayəndəsi X6 izahat verərək bildirdi ki, hadisəni özündə əks etdirən videogörüntü mövcuddur və Məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Natiq oğlu Mingəçevir Şəhər Polis X7 Polis Bölməsinin xx.xx.2025-cü il tarixli TP ******* saylı qərarından görünür ki X5 Azərbaycan Respublikası İXM-nin 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilmişdir. Mingəçevir şəhər polis şöbəsinin YPX-nin əməkdaşı tərəfindən təqdim edilən və hadisəni özündə əks etdirən videogörüntüdən görünür ki, X3 təqsiri sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, X5 şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə prosesində təqdim edilən videogöüntüdən onun həmin inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, barəsində Mingəçevir Şəhər Polis X7 Polis Bölməsinin xx.xx.2025-cü il tarixdə qəbul edilmiş inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Mingəçevir Şəhər Polis X7 Polis Bölməsinin xx.xx.2025-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-391/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-391/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver