Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-392/2020 12.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X3, Zərər çəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 66-da kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı Yevlax şəhəri C.Cabbarlı küçəsi 66 saylı evdə bacısı X4 döymüşdür. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı Rəşad Mamedov bildirmişdir ki, Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 66-da yaşayan X7 xx xxxx 2020-ci il tarixdə saata 11 radələrinndə yaşadığı evdə qardaşı Şəxs tərəfindən döyülməsi barədə xx xxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş müraciəti, “Toplanmış və ya Hazırlanan Cinayətlər barədə Məlumatların Qeydiyyatı” kitabında 1111 nömrəsi qeydiyyata alınaraq təhqiqat aparılmış, toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 86, 39.1.2, 207 və 212-ci maddələrinə əsasən, xx xxxx 2020-ci il tarixdə rədd edilmişdir. Lakin Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə inzibati xətasının tərkibinin əlamətləri olduğundan onun barəsində inzibati xətanın tərkibinin əlamətləri olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmasına görə eyni zamanda X7 ilə onun qardaşı Şəxs arasında gələcəkdə bir daha bu kimi halların baş verməməsi və qarşısının alınması istiqamətində onların ətrafında qabaqlayıcı profilaktiki tədbirlərin gücləndirilməsi üçün qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə şöbənin İTB-ə təqdim edilmişdir. Qərara əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə günorta vaxtı təxminən saat 11 radələrində yaşadıqları Yevlax şəhəri C.cabbarlı küçəsi 66 saylı evdə olan zaman bacısı Sevinc İsayeva ilə aralarında münaqişə baş vermiş, münaqişə zamanı Sevinc İsayevanın saçından tutub, dartıb yolmuş və başından yumruqla vurub onu döymüşdür. Zərər çəkmiş şəxs X8 məhkəmə iclasında bildirmişdir ki, qardaşı Şəxs narkotik aludəçisidir, mütəmadi olaraq narkotik vasitədən istifadə edir, xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə olan zaman qardaşı Şəxs ona yaxınlaşıb pul istəmiş, ona pul vermədikdə aralarında münaqişə baş vermiş və Şəxs saçından tutub dartıb yolaraq başından yumruqla vurmuşdur. Hazırda Şəxslə barışmamış və onun barəsində tədbir görülməsini xahiş etdi. Onun həmin inzibati xətanı törətməsində təqsiri, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarı, Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X9 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxx 2020-ci il tarixdə saat 11:30-dan inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini kifayət saymayaraq inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs saxlanıldığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən saat 11:30-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-392/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-392/2020
12.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver