Məhkəmə qərarları › İş №3(039)-393/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-393/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-393/2025 15.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Şikayət vermiş şəxs X3, Qərarı barəsində şikayət verilən Azəbaycan Respublikası DİN BDYP Yevlax rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X5 iştirakları ilə, Azərbaycan Respublikası DİN BDYP Yevlax rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət verərək, Azəbaycan Respublikası DİN BDYP Yevlax rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, BD seriyalı 311475 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ** FF *** dövlət qeydiyyat nişanlı «Grandtiger minik Pikap» markalı avtomobil onun xüsusi mülkiyyətindədir. Həmçinin o avtomobili idarə etmək üçün müvafiq mürücülük vəsiqəsinə malikdir. 10 fevral 2025-ci il tarixdə o özünə məxsus olan avtomoibili idarə egərək Yevlax rayonu Malbinəsi kəndinin baş hissəsində kənd yolunun girəcəyində (magistral yola çıxmadan) avtomobili saxlamışdır. Orada avtomobilini saxlayaraq şəxsi işlərini görəcək ustanı gözləmişdir. Usta gec gəldiyi üçün onunla birlikdə olan qardaşı Bəybala Mənsimov avtomobilin ön (sərnişin) hissəsində əyləşmiş və onun (şiykayətçinin) uşağını qucağına alaraq saxlamağa başlamışdır. Həmin vaxt avtomobil yolun tam kənarında sdayanmış vəziyyətdə olmuşdur. Bu zaman yol patrul avtomoibili gələrək, onun avtomoibilini saxlamışdır. Polis əməkdaşı avtomobildən yerə düşmüş və o da öz avtomoibilindən yerə düşmüşdür. Həmin polis əməkdaşı əvvəllər tanıdığı şəxs olmuşdur. O ilk öncə onunla salamlaşmış və ondan şirinlik istəmişdir. O da üzərində pulunun olmadığını bildirmişdir. Bir az söhbət etdikdən sonra o, atomobilə minərək getməyə başlamış və sonra dayanaraq yolun digər tərəfindən onun avtomobilində olan uşağın şəklini çəkmişdir. Daha sonra isə ona bildirmişdir ki, pulu verən zaman o da uşağın şəklini siləcəkdir. Bundan sonra isə o çıxıb getmişdir. Ondan sonra ona hər hansı bir protokol, qərar, SMS, bildiriş və s. gəlməmişdir. Sonradan bilmişdir ki, həmin şəkilə görə 100 (bir yüz) manat cərimə edilmişdir. Həmin qərar tam əsassızdır. Əvvəlv ona görə ki, protkol həmin yerdə onun iştirakı ilə tərtib edilməmişdir. İkincisi və ən əsası isə uşağın uşağın şəkili çəkilən zaman avtomobil yolun kənarında daynmış vəziyyətdə olmuşdur. Uşaq avtomobil hərəkətdə olan zaman avtomobilin ön hissəsində olmamışdır. Şikayətçi Azəbaycan Respublikası DİN BDYP Yevlax rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının əsassız və qanunsu olduğu üçün ləğv edilməsini, həmin qərar əsasında hesablanmış 100 (bir yüz) manat cərimənin silinməsinə dair qərar qəbul edilməsini xaheşi etmişdir. Məhkəmə iclasında X7 şikayətin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azəbaycan Respublikası DİN BDYP Yevlax rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X9 şikayəti əsassız hesab edərək, verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası DİN BDYP Yevlax rayon Yol patrul xidməti inspektoru polis baş serjantı vəzifəsində işləyir. Həmin vaxt X12 rayonu Malbinəsi kəndindən baş yola çıxan zaman nəqliyyat vasitəsində ön oturacaqda oturan şəxsin qucağında uşaq oturduğunu müşahidə edərək, həmin nəqliyyat vasitəsini saxlatmışlar. Avtomobildən düşərək, özünü sürücüyə təqdim etmiş və sonra avtomobilin ön tərəfinə keçərək, uşağın şəklini çəkmişdir. Sürücüyə həmin inzibati xətaya görə İXM-nin 327.2-ci maddəsinə əsasən 100 (bir yüz) manat cərimə yazılacağı bildirilmişdir. Həmin vaxt sürücü etiraz edərək, onlara həmin ərazidə xidmət aparmağa səlahiyyətlərinin olmadığını bildirmişdir. Sürücüyə barəsində tərtib edilmiş protkolu götürməsini təklif etmiş, lakin sürücü götürməmiş və protokolu ünvanına göndərməsini demişdir. Bundan sonra sürücü çıxıb getmişdir. Şikayəti əsassz hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə Yevlax rayon Bəhramtəpə yolunda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclası zamanı baş vermiş inzibati xətanı özündə əks etdirən diskə baxış keçirilmiş və X4 şikayətində göstərilən dəlillər öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə iclasında Azəbaycan Respublikası DİN BDYP Yevlax rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X5 tərəfindən X2 pul istəməsi halı da müəyyən edilməmişdir. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, yəni yol ayrıcını keçmə qaydalarını pozması öz təsdiqini tapır. Belə halda xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün heç bir əsas müəyyən edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin Yevlax rayonu yol patrul xidməti inspektorunun şikayətçi X6 barəsində qərəzli olaraq inzibati xəta haqqında protokol tərtib etməsi iş materiallarından müəyyən edilmir və həmin hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasn Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin müəyyən edilmiş hallarından məhkəmə belə nəticəyə gəlir ki, X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası DİN BDYP Yevlax rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar