Məhkəmə qərarları › İş №3(039)-394/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-394/2020

16.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-394/2020 16.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X6, X2nın, barəsində inzibati icraat aparılan şəxs X11 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda və ona edilmiş əlavədə göstərilmişdir ki göstərilmişdir ki, X3 Rayon Məhkəməsinin 2(039)-682/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə yaranmış 3900manat borcunu ödəməkdən yayınmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X12 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-682/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqıdar iş üzrə tələbkar X14 xx.xx.2018-ci il tarixdə Yevlax rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, tələbkarla aralarında razılığa gəldiklərini və alimentin icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən də xx.xx.2018-ci il tarixli qərar ilə icra vərəqəsi Yevlax Rayon Məhkəməsinə geri qaytarılmışdır. Lakin, borclu yenə də borcunu ödəmədiyindən Yevlax Rayon Məhkəməsinin 2(039)-682/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi təkrarən icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə Yevlax rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. Bundan sonra icraata başlamaq qərarı qəbul edilərək X15 icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilmiş, icra sənədinin icrası ilə bağlı izahatı alınmış və izahatında icra sənədi üzrə hazırkı tarixədək yaranmış 3900 manat borcunu hazırda ödəyə bilməyəcəyini bildirmişdir. Hazırda görülmüş icra tədbirləri nəticə vermədiyindən X5nun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında X10 şikayətçi olduğunu, aliment borcunun ödənilməsi üçün borcluya kifayət qədər vaxt verildiyini, borclu qərəzli surətdə alimneti icra etmədiyini bildirərək sonuncunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. X5 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, hazırkı tarixədək yaranmış aliment borcunu hazırda tələbkarın xeyrinə ödəyə bilməyəcəyini, lakin ona vaxt verilsə işə düzələcəyini və borcu hissə-hissə ödəyə biləcəyini bildirərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda və ona edilmiş əlavədə göstərilmişdir ki göstərilmişdir ki, X3 Rayon Məhkəməsinin 2(039)- 682/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə yaranmış 3900manat borcunu ödəməkdən yayınmışdır; Yevlax Rayon Məhkəməsinin 2(039)-682/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X13 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X1 üçün xx xxx 2017-ci il tarixdən başlayaraq cavabdeh X10 hər ay uşağa görə 130 manat sabit pul məbəğində aliment tutularaq iddiaçı X7 xeyrinə verilməlidir; X8 xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, X18 həmin tarixdə Yevlax rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borcli ilə aralarında razılığa gəldiklərinə görə icra vərəqəsinin icra edilmədən Yevlax Rayon Məhkəməsinə geri qaytarılmısanı xahiş etmişdir; xx.xx.2018-ci il tarixli icra sənədinin qaytarılmasına dair qərardan görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-682/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi icra olunmadan Yevlax Rayon Məhkəməsinə qaytarılmışdır; Yevlax Rayon Məhkəməsin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-682/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi təkrarən icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə Yevlax rayon icra və probasiya şöbəsinə göndərilmiş və icra sənədi xx.xx.2019-cu il tarixdə Yevlax rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur; İcraata başlama haqqında xx xxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-682/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə X5na göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmuru, tələbkarın, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X5 məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Yevlax Rayon Məhkəməsinin 2(039)-682/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədininicrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, məhkəmə aktını icra etmək üçünX19 kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, X19 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan X19 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə X19 barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X19 Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 11:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. düzdür» Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar