Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-394/2025 14.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X9 11 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsinin binsında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət verərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 5000 (beş min) manat cərimə olunması haqqında barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X10 tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X9 11 fevral 2025-ci il tarixli, MN ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən 5000 (beş min) manat məbləğində cərimə növündə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir.Bu barədə çıxarılmış əsassız qərarı o 03 art 2025-ci il tarixdə almışdır. İnzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman o heç bir özəl tibbi və yaxud əczaçılıq fəaliyyəti ilə məşğul olmamışdır. Bütün bunlar ona qarşı son dərəcədə ədalətsizlik nümayiş etdirilməklə tətbiq edilmişdir. O heç bir inzibati xəta törətməmişdir. Heç bir pozuntuya yol verməmişdir. Hesab edir ki, onun əməlində heç bir pozuntu mövcud deyildir. O haqlı tələbini müdafiə edir. Məhkəmə iclasında X5 şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X9 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan fiziki şəxs haqqında məlumatdan görünür ki, X2 ********** saylı VÖEN-i vardır və əsas fəaliyyət növü ixtisasdaşdırılmış mağazalarda əczaçılıq mallarının pərakəndə satışından ibarətdir. İşdə olan 11 saylı Ərazi Vergilər İdarəsinin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, **********8518 saylı qərarından görünür ki, X4 (VÖEN **********) məxsus olan obyektdə vergi əməkdaşları tərəfindən həmin qərarda qeyd edilən halların müəyyən edilməsi məqsədi ilə vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan 11 saylı Ərazi Vergilər İdarəsinin əməkdşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 11 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərfindən X4 məxsus Yevlax şəhəri H.Əliyev pr.23 ünvanında yerləşən obyektdə operativ vergi nəzarəti keçirilmiş, sahibkar tərəfindən hesblaşma qaydalarının pozulduğu və sahibkarın xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. İşdə olan 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş lisenziya tələb olunan fəaliyyət növləri ilə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nətixələri haqqında xx.xx.2025-ci il tarixli, DVX 001545 saylı aktdan görünür ki, 11 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən X4 məxsus Yevlax şəhəri H.Əliyev pr. 23 ünvanında yerləşən Aptek köşkünə xx.xx.2025-ci il tarixdə, saat 11:10-da operativ vergi nəzarəti keçirilmiş və X2 aptekdə xüususi razılıq (lisenziya) olmadan dərman preparatlarının sağışı ilə məşğul olduğu aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisaddiyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, fərdi sahibkar X2 barəsində toplanmış materiallar baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X11 göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X10 tərəfindən X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, aşkar edilmiş fakt əsasında barəsində İXM-nin 210.1-ci maddəsi üzrə inzibati xəta haqqında protkol tərtib olunması üçün X5 xx.xx.2025-ci il tarixdə, saat 12:00-da Səhiyyə Nazirliyinin X3nə dəvət edilmişdir. İşdə olan X5 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X11 ünvanlanmış teleqramdan görünür ki, Elçin Mahmudov bildiriş ona gec çatdığı üçün çağırışa gələ bilməyəcəyi və aptekin öz fəaliyyətini dayandırması barədə məlumat vermişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İşə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X10 tərfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı tbrətməsinə görə 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında X5 verdiyi izahatında vergi əməkdaşları tərəfindən vergi nəzarəti həyata keçirilən zaman aptekin fəaliyyət göstərmədiyini və tərəfindən dərman preparatları satılmadığını göstərsə də, həmin hal öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, 11 saylı Ərazi Vergilər İdarəsinin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, **********8518 saylı qərarı əsasında X4 (VÖEN **********) məxsus olan obyektdə vergi əməkdaşları tərəfindən həmin qərarda qeyd edilən halların müəyyən edilməsi məqsədi ilə vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, 11 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları X4 məxsus Yevlax şəhəri H.Əliyev pr.23 ünvanında yerləşən obyektdə operativ vergi nəzarəti keçirilmiş, sahibkar tərəfindən xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, bu barədə xx.xx.2025-ci il tarixli, DVX 001545 saylı akt tərtib edilmiş və X2 barəsində toplanmış materiallar baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X11 göndərilmişdir. Buna görə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 X10 tərəfindən X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 11 fevral 2025-ci il tarixli, MN ******* nörməli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 X10 tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X2 həmin qərarın ləğvinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60, 110 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X9 11 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-394/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-394/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver