Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-399/2020 17.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X7 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 Zərərçəkmiş şəxs X1 iştirakları ilə X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X16 xx xxxxx 2020-ci il tarixdə təxminən saat 03.30 radələrində Yevlax şəhəri, H.Aslanov küçəsi, ev 101-də yaşayan X9 məxsus evin həyətində yerləşən toyuq hinindən iki ədəd toyuq və iki ədəd ördəyi oğurlamışdır. İnzibati xəta haqqında MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X16 xx xxxxx 2020-ci il tarixdə gecə saatlarında Yevlax şəhəri, E.Məmmədov küçəsi, ev 144-də yaşayan X4 evinin həyətindən aliminium qabı (ləyən) oğurlamışdır. İnzibati xəta haqqında MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X16 xx xxx 2020-ci il tarixdə təxminən saat 05 radələrində Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 158-də yaşayan X5 məxsus evin həyətindən səkkiz ədəd toyuğu və iki ədəd xoruzu oğurlamışdır. İnzibati xəta haqqında MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X16 xx xxx 2020-ci il tarixdə gecə saatlarında Yevlax şəhəri, R.Balakişiyev küçəsi, ev 77-də yaşayan X2 məxsus evin həyətindən beş ədəd toyuğu oğurlamışdır. Bununla bağlı X8 barəsində hər inzibati xətaya dair protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X17 izah etdi ki, Yevlax şəhəri, H.Aslanov küçəsi, ev 101-də yaşayan X14 xx.xx.2020-ci il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək, həmçinin həmin tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə gecə saatlarında evinin həyətindən ona məxsus olan 35-40 (otuz beş-qırx) manat dəyərində olan beş ədəd ev quşlarının (toyuq) naməlum şəxs və ya şəxslər tərəfindən oğurladığını bildirmişdir. Bundan başqa Yevlax şəhəri, E.Məmmədov küçəsi, ev 144-də yaşayan X15 xx.xx.2020-ci il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, yaşadığı evin həyətindən ona məxsus olan təxmini dəyəri 40 (qırx) manat olan aliminium qabın (ləyən) naməlum şəxs və ya şəxslər tərəfindən oğurladığını bildirmişdir. Bundan Ü.Hacıbəyov küçəsi, ev 158-də yaşayan X12 xx.xx.2020-ci il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, yaşadığı evin həyətindən ona məxsus olan təxmini dəyəri 56 (əlli altı) manat olan səkkiz ədəd toyuğunun və iki ədəd xoruzunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurladığını bildirmişdir. Bundan başqa Yevlax şəhəri, R.Balakişiyev küçəsi, ev 77-də yaşayan X10 xx.xx.2020-ci il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, yaşadığı evin həyətindən ona məxsus olan təxmini dəyəri 35-40 (otuz beş-qırx) manat olan beş ədəd ev quşlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurladığını bildirmişdir. Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və X8 əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə X8 barəsində tərəfindən hər bir inzibati xətaya görə, ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X16 izah etdi ki, xx xxxxx 2020-ci il tarixdə gecə saatlarında Yevlax şəhəri, H.Aslanov küçəsi 101 saylı evin həyətində yerləşən toyuq hinindən iki ədəd toyuq və iki ədəd ördəyi, digər evlərin həyətindən isə aliminium qab və ev quşları oğurlamışdır. Ev quşlarının bir neçəsini evində bişirib yemiş, digərlərini isə tanımadığı şəxslərə üç manata satmışdır. Aliminium qabı isə dörd manata tanımadığı şəxsə satmışdır. Oğurluq edən zaman tək olmuşdur və maddi imkanı olmadığı üçün oğurluq etmişdir. Maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyə bilmir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X12 izahatında bildirdi ki, ailəsi ilə birlikdə Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 158 saylı evdə yaşayır. Həyətində özü üşün toyuq və xoruz saxlamışdır. Ümumi olaraq həyətində on ədəd ev quşları olmuşdur. xx.xx.2020 il tarixdə gecə saat 05.00 radələrində həyətində olan ev quşlarının oğurlandığını bilmişdir. Bu barədə rayon polis şöbəsinə ərizə müraciət etmişdir. Ümumilikdə ona 56 (əlli altı) manat məbləğində ziyan dəymişdir. Ona dəymiş olan ziyan X16 tərəfindən ödənilməmişdir və hazırda ondan şikayətçidir. Məhkəmədən X16 tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8, zərərçəkmiş şəxs X1 və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X7 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, X16 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxx 2020-ci il, xx xxx 2020-ci il, xx xxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli qərarlardan məlum olur ki, törədilmiş əməllərdə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax rayon Mərkəzi Bazar ASC tərəfindən verilmiş xx.xx.2020 il tarixli arayışdan görünür ki, 01 ədəd ev quşunun (toyuq) bu günkü bazar qiyməti 7 (yeddi) manat və 01 ədəd ev quşunun (ördək) bu günkü bazar qiyməti 9 (doqquz) manat təşkil edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax rayon Mərkəzi Bazar ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, 1 ədəd 10 litr su tutumu olan işlənmiş aliminium ləyənin hazırki bazar orta satış qiyməti 30 (otuz) manat təşkil edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax rayon Mərkəzi Bazar ASC tərəfindən verilmiş xx.xx.2020 il tarixli arayışdan görünür ki, 01 ədəd ev quşunun (toyuq) bu günkü bazar qiyməti 6 (altı) manat manat təşkil edir. Azərbaycan Respublıikası İXM-nin 31.4-cü maddəsində əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aitdirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edirki X16 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı müxtəlif vaxtlarda törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 şəxsiyyətini, oğurluğun cəmiyyətdə mənfi qarşılanmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmaları, inzibati xətanı müxtəlif vaxtlarda törətməsini, törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, əmlak vəziyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində ayrı-ayrılıqda inzibati tənbeh tətbiq edilməli həmin inzibati tənbeh tədbirləri toplanaraq üzərində qəti olaraq tənbeh tədbiri saxlanılmalıdır. Odur ki, X16 təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1995-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli,işləməyən, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 140-da qeydiyyatda olan, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 147-də yaşayan X18 Azərbaycan Respubilkası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 18.10-dan hesablansın. Qərarın icrası Yevlax rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti X13 təqdim edilsin X6 30 (oyuz) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X9 ödənilsin. X6 30 (otuz) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X11 ödənilsin. X6 50 (əlli) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X5 ödənilsin. X6 35 (otuz beş) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X2 ödənilsin. Qərarın zərərin ödənilməsi hissəsində icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-399/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-399/2020
17.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver