Məhkəmə qərarları › İş №3(039)-4/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-4/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-4/2021 27.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Yevlax Regional Şöbəsinin məsləhətçisi X1 iştirakı ilə, xx.xx.1995-ci ildə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 mənzil 7 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında işin materiallarında olan ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11:50-də Yevlax şəhərində reyd zamanı Şəxs idarə etdiyi “Ford Transit” markalı, **-VM-*** dövlət nömrə nişanlı yük avtomobili ilə qanunsuz yükdaşıma fəaliyyəti göstərərkən qanunvericiliklə müəyyən edilmiş sənədlərini təqdim etməkdən imtina etmişdir. Buna görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məsləhətçisi X2 tərəfindən xx.xx.2020-ci il tarixində ******* nömrəli protokol tərtib edilmişdir. Səlahiyətli orqanın nümayəndəsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Yevlax Regional Şöbəsinin aparıcı məsləhətçisi X2 məhkəmə iclasında protokola uyğun izahat verərək bildirdi ki, Şəxs yük avtomobili ilə qanunsuz yükdaşıma fəaliyyəti göstərərkən qanunvericiliklə müəyyən edilmiş sənədlərini (fərqlənmə nişanı) təqdim etməkdən imtina edərək tabeçilik göstərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, səlahiyətli orqanın nümayəndəsinin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar