Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-4/2023 14.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax Rayon prokurorunun köməkçisi X1, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.1987-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Prokurorluğundan daxil olmuş “inzibati xəta haqqında iş üzrə icraat başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında” 21 noyabr 2022-ci il tarixli qərarda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Yevlax şəhər Sahib Əliyev adına 1 saylı tam orta məktəbin “4c” sinfində təhsil alan xx.xx.2013-cü il təvəllüdlü X5 ilə həmin sinifdə təhsil alan xx.xx.2013-cü ci il təvəllüdlü X6 arasında həmin günü birinci dərsin tənəffüsü zamanı Tunar Kamranlının digər sinif yoldaşı ilə etdiyi mübahisə zamanı Cahid Hüseynova toxunmasına görə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Tunar Kamranlı sinif otağında Cahid Hüseynova oturduğu stolun üzərindən götürdüyü dəmir qələm qabı ilə vuraraq Cahid Hüseynova sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən alın nahiyəsinin şişkinliyi, qançırı və sıyrığı xəsarətləri yetirməklə döydükdən sonra həmin hadisə barədə - məlumat alan Yevlax RPŞ-nin TB-nin sabiq baş təhqiqatçısı Şəxs övladı Cahid Hüseynlinin sinif yoldaşı Tunar Kamranlı tərəfindən döyülməsinə əsəbləşərək şəxsi münasibətlərə aid edilən və vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarına aid olmayan övladının sinif yoldaşı tərəfindən döyülməsi məsələsinə aydınlıq gətirmək məqsədilə xidməti polis geyim formasında Yevlax RPŞ-nin inzibati binasından çıxıb həmin gün saat 09:53-də oğlunun təhsil aldığı Yevlax şəhər Sahib Əliyev adına 1 saylı tam orta məktəbin inzibati binasının 2-ci mərtəbəsində yerləşən “4c” sinfinə daxil olaraq Tunar Kamranlının əyləşdiyi partanın qarşısına gələrək sonuncunun onun oğlunu döyməsinə görə ona qarşı sənə deməmişdim ki, mənim oğluma yaxın durma” kimi ifadələr işlədib məktəbin direktoru Əfsanə Səlimovanın tənbeh etməsi məqsədilə direktorun xidməti iş otağına aparmaq üçün Tunar Kamranlının ağ rəngli köynəyinin yaxasından əli ilə tutub özünə doğru dartaraq oturduğu partanın üzərinə yıxmaqla Tunar Kamranlıya qəsdən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən boyunun sol yan səthinin, sol qoltuqaltı nahiyənin qançırları, döş qəfəsinin ön səthinin sıyrığı xəsarətləri yetirib döymüşdür. Məhkəmə iclasında Yevlax Rayon prokurorunun köməkçisi X3 çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Yevlax şəhər Sahib Əliyev adına 1 saylı tam orta məktəbin “4c” sinfində təhsil alan xx.xx.2013-cü il təvəllüdlü X5 ilə həmin sinifdə təhsil alan xx.xx.2013-cü ci il təvəllüdlü X6 arasında həmin günü birinci dərsin tənəffüsü zamanı Tunar Kamranlının digər sinif yoldaşı ilə etdiyi mübahisə zamanı Cahid Hüseynova toxunmasına görə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Tunar Kamranlı sinif otağında Cahid Hüseynova oturduğu stolun üzərindən götürdüyü dəmir qələm qabı ilə vuraraq Cahid Hüseynova sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən alın nahiyəsinin şişkinliyi, qançırı və sıyrığı xəsarətləri yetirməklə döydükdən sonra həmin hadisə barədə məlumat alan Yevlax RPŞ-nin TB-nin sabiq baş təhqiqatçısı Şəxs övladı Cahid Hüseynlinin sinif yoldaşı Tunar Kamranlı tərəfindən döyülməsinə əsəbləşərək şəxsi münasibətlərə aid edilən və vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarına aid olmayan övladının sinif yoldaşı tərəfindən döyülməsi məsələsinə aydınlıq gətirmək məqsədilə xidməti polis geyim formasında Yevlax RPŞ-nin inzibati binasından çıxıb həmin gün saat 09:53-də oğlunun təhsil aldığı Yevlax şəhər Sahib Əliyev adına 1 saylı tam orta məktəbin inzibati binasının2-ci mərtəbəsində yerləşən “4c” sinfinə daxil olaraq Tunar Kamranlının əyləşdiyi partanın qarşısına gələrək sonuncunun onun oğlunu döyməsinə görə ona qarşı sənə deməmişdim ki, mənim oğluma yaxın durma” kimi ifadələr işlədib məktəbin direktoru Əfsanə Səlimovanın tənbeh etməsi məqsədilə direktorun xidməti iş otağına aparmaq üçün Tunar Kamranlının ağ rəngli köynəyinin yaxasından əli ilə tutub özünə doğru dartaraq oturduğu partanın üzərinə yıxmaqla Tunar Kamranlıya qəsdən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən boyunun sol yan səthinin, sol qoltuqaltı nahiyənin qançırları, döş qəfəsinin ön səthinin sıyrığı xəsarətləri yetirib döymüşdür.Məhkəmədən Şəxs cərimə məhsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, X6 onun doğma oğludur.Oğlu Tunar 2013-cü il təvəllüdlüdür, habelə oğlu Tunar Yevlax şəhər Sahib Əliyev adına 1 saylı tam orta məktəbin «4c» sinfində təhsil alır. Həmçinin Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Şəxs X11 da onun oğlu Tunarla eyni sinifdə təhsil alır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə olarkən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə oğlu Tunarın sinif rəhbəri İlahə müəllimə zəng edib məktəbdə təhqiqatçı Şəxs oğlu Cahidlə Tunarın mübahisə etdiklərini bildirmişdir. O bu məsələni aydınlaşdırmaq məqsədilə dərhal məktəbə getmişdir. Məktəbə daxil olduqda ilkin olaraq oğlu Tunarı sinifdə tapa bilməmiş, orada olan İlhamə müəllimə ona Tunar aşağıda məktəbin yeməkxanasında oturduğunu demişdir. O da dərhal yeməkxanaya getmiş, oraya çatdıqda oğlu Tunarın orada oturduğunu, habelə üzərində kiminsə ağ rəngli köynəyi olduğunu, səhər geyindiyi köynəyin üzərində olmadığını görmüşdür. O, Tunardan nə baş verdiyini soruşduqda oğlu ona “mama, məktəb direktoru ilə müəlliməm mənə deyiblər ki, sənə deməyim, Cahidin polis atası Vüsal məktəbdə təhsil aldığım sinfə daxil olaraq məni boğub, stolun üzərinə yıxıb” demişdir. Sonra oğlu Tunar ona digər sinif yoldaşı Eyyub ilə mübahisə edərkən Cahid oğlunun mübahisəsinə müdaxilə etdiyini, həmin vaxt oğlu Eyyuba kapron materiallı qələm qabını atarkən həmin qab Cahidin alın nahiyəsinə dəydiyini bildirmişdir. Buna görə də, Cahidin Yevlax RPŞ-nin TB-də təhqiqatçı vəzifəsində işləyən atası Şəxs məktəbə gəlib onun oğlunu boğaraq döymüşdür. İlahə müəllimə onun oğlu Tunarın ağ rəngli köynəyi cırıldığı üçün həmin köynəyi gizlətmişdir. Oğlunu Tunarın cırıq köynəyini onun görməməsi üçün İlahə müəllimə Tunarın ağ rəngli köynəyini digər köynək ilə əvəz etmişdir. O, şikayət etdikdən sonra İlahə müəllimə oğlunun ağ rəngli köynəyini ona vermişdir.Şəxs şikayətçi olduğunu,onun əməlində inzibati xəta yox,cinayət məhsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 09:00-da işdə olmuşdur. Təxminən saat 09:30-da arvadı X4 mobil nömrəsinə zəng edib oğlu X2 təhsil aldığı məktəbdə sinif yoldaşı tərəfindən döyüldüyünü bildirmişdir. X11 Yevlax şəhər Sahib Əliyev adına 1 saylı tam orta məktəbin 4 sinif şagirdidir. O, dərhal işdən çıxıb oğlu Cahidin təhsil aldığı məktəbə getmişdir.O, ilkin olaraq birinci mərtəbədə sağ tərəfdə yerləşən məktəbin direktoru Əfsanə Səlimovanın xidməti otağı tərəfə getmişdir.Həmin vaxt orada işləyən müəllimələr ona direktorun otaqda olmadığını bildirmişdilər. Bundan sonra o, oğlu Cahidin təhsil aldığı 4c sinfinə daxil olmuşdur. O, oğlu Cahidə yaxınlaşdıqda Cahidin alın nahiyəsində şişkinlik olduğunu görmüşdür. Həmin vaxt Cahiddən nə baş verdiyini soruşmuş, Cahid ona sinif yoldaşı Tunar Kamranlı tərəfindən döyüldüyünü bildirdi və Tunarı əl işarəsi ilə ona göstərmiş, o birinci partada əyləşən Tunara yaxınlaşmış və Tunarın ağ rəngli köynəyindən tutub direktor Əfsanə Səlimovanın otağına aparmaq üçün çəkmişdir.Lakin Tunar həmin vaxt əyləşdiyi partadan tutaraq buraxmamışdır.O, Tunarı təkrarən öz tərəfinə çəkdiyindən Tunarın köynəyi cırılmışdır.Polis əməkdaşı işlədiyini,hazırda sərəncamda olduğunu,xidməti dövr ərzində heç bir məhsuliyyətə cəlb olunmadığını,hazırda əməlindən peşman olmasını,zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün cəhdlər etdiyini,dəfələrlə üzr istədiyini bildirərək barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 12 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında torplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir; Yevlax rayon məhkəməsinin 3(039)-4/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olmadığından xitam verilməsini, və AR CMnin 221.1-ci maddəsinin tərkib əlamət olduğundan işin materialları əlavə araşdırmanın aparılması üçün Yevlax rayon prokurorluğuna göndərilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon prokurorluğu Yevlax rayon məhkəməsinin 3(039)-4/2023 saylı xx.xx.2023cü il tarixli qərarından apelyasiya protesti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-37/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Yevlax rayon məhkəməsinin 3(039)-4/2023 saylı xx.xx.2023-cü qərarı ləvğ edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş materiallarina baxılması üçün həmin matriallar Yevlax rayon məhkəsinə qayraılması barədə qarar qəbul etmişdir Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işi başlanmasının rədd edilməsi və ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, Şəxs istinad edilən inzibati xəta 19 senryabr 2022-ci il tarixdə törədilmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında müstəntiqin qərarı isə 12 noyabr 2022-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə görə inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-cı maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.0.6 maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-4/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-4/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver