Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-40/2021 26.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi DANX-nin Yevlax Regional Şöbəsinin məsləhətçisi X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi DANX-nin Yevlax Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi DANX-nin Yevlax Regional Şöbəsinin əməkdaşı tərəfindən Şəxs oğlunun haqqında Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxxxx 2021-ci il tarixdə saat 09.30 radələrində DANX-nin Yevlax Regional Şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri ərazisində reyd zamanı Şəxs oğlunun idarə etdiyi FORD-tranzit markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz yük daşıma fəaliyyəti ilə məşğul olması aşkar olunmuş, sürücü qanunvericilikdə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməkdən imtina etmiş və DANX-nin Yevlax Regional Şöbəsinin əməkdaşının xidməti vəzifəsinin yerinə yetirməsinə mane olmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs DANX-nin Yevlax Regional Şöbəsinin məsləhətçisi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, DANX-nin Yevlax Regional Şöbəsinin məsləhətçisi vəzifəsində işləyir. xx xxxxxx 2021-ci il tarixdə saat 09.30 radələrində Yevlax rayonu ərazisində reyd zamanı Şəxs oğlunun idarə etdiyi FORD-tranzit markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz (fərqlənmə nişanı olmadan) yük daşıma fəaliyyəti ilə məşğul olması aşkar olunmuşdur. Sürücü Şəxs sənədləri tələb edilmiş, lakin sürücü qanunvericilikdə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməkdən imtina etmiş və onların xidməti vəzifəsini yerinə yetirməyə mane olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin tələbinə görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görəəlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyəti, inzibati xətanın xarakteri və mahiyyəti nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzrədə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxxxx 1975-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Baki şəhəri, M.X.Şərifli küçəsi, ev 4-A, mənzil 10-da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-40/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-40/2021
26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver