Məhkəmə qərarları › İş №3(039)-40/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-40/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-40/2024 22.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Azərbaycan Respublikası DGK-nın Gəncə Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakı ilə Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsindən daxil olmuş 00900-00021/24 nömrəli 08 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin ünvanına İran İslam Respublikasında qeydiyyatda olan “X7” Soleymanzadeh trade şirkətindən 33AA331/35AA332 nömrə nişanlı nəqliyyat vasitəsi ilə 20 ədəd, dəyəri 2000 ABŞ dolları olan “Boş palet” yükü idxal edilmiş və xx.xx.2023-cü il tarixli, **********5717 sorğu nömrəli gömrük bəyannaməsilə Yevlax gömrük postunda “Müvəqqəti idxal” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir.Qeyd edilən yükün xx.xx.2023-cü il tarixinədək "xxxx" gömrük prosedurunda rəsmiləşdiriləsi üçün MMC-nin direktoru tərəfindən xx.xx.2023-cü il tarixli Ərizə ilə öhdəlik götürülmüşdür.Lakin öhdəlik müddətinin bitməsinə baxmayaraq müddətin uzadılması və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı MMC tərəfindən Yevlax gömrük postuna heç bir müraciət daxil olmamışdır. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X4 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin ünvanına İran İslam Respublikasında qeydiyyatda olan “X7” Soleymanzadeh trade şirkətindən 33AA331/35AA332 nömrə nişanlı nəqliyyat vasitəsi ilə 20 ədəd, dəyəri 2000 ABŞ dolları olan “Boş palet” yükü idxal edilmiş və xx.xx.2023-cü il tarixli, **********5717 sorğu nömrəli gömrük bəyannaməsilə Yevlax gömrük postunda “Müvəqqəti idxal” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir.Qeyd edilən yükün xx.xx.2023-cü il tarixinədək "xxxx" gömrük prosedurunda rəsmiləşdiriləsi üçün MMC-nin direktoru tərəfindən xx.xx.2023-cü il tarixli Ərizə ilə öhdəlik götürülmüşdür.Lakin öhdəlik müddətinin bitməsinə baxmayaraq müddətin uzadılması və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı MMC tərəfindən Yevlax gömrük postuna heç bir müraciət daxil olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnə üzrə nümayəndəsi X3 izahatın 20 ədəd dəyəri 2000 ABŞ dolları olan Boş palet yükünün xx.xx.2023-cü il tarixinədək Təkrar ixrac gömrük prosedurunda rəsmiləşdirilməsi üçün MMC tərəfindən xx.xx.2023-cü il tarixli ərizəsi ilə öhdəlik götürüldüyünü,öhdəliyin müddətinin bitməsini isə qanunvericiliyin tələblərini yaxşı bilmədiklərini bildirərək Şəxs MMC barəsində qanuna müvafiq qərarın qəbul edilməsin xahiş etmişdir. Məhkəmə, səlahiyətli orqanın nümayəndəsinin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir.Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması hallar nəzərə alınır. Həmin Məcəllənin 499.1.2-cü maddəsinə on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 499.1.2-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar