Məhkəmə qərarları › İş №3(039)-401/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-401/2020

18.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-401/2020 18.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru x1, zərər çəkmiş şəxs Süleymanova Gözəl Sahib qızının, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs x2 iştirakları ilə, 28.10.1982-ci ildə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan və Yevlax rayonu, Yuxarı Qarxun kəndində yaşayan x2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 27 may 2020-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 10 iyun 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, x4 14 may 2020-ci il tarixdə saat 17:00 radələrində Yevlax rayonu, Yuxarı Qarxun kəndində Süleymanova Gözəl Sahib qızını döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru x3 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Süleymanova Gözəl Sahib qızının 14 may 2020-ci il tarixdə x4 tərəfindən döyülməsi barədə müraciəti əsasında Yevlax RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılmış x2 əməllərində cinayət tərkibi olmadığından təhqiqat bölməsi cinayət işinin başlanmasını rədd etmiş və x4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan x4 məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirdi ki, 14 may 2020-ci il tarixdə işdən evə gələn zaman həyat yoldaşı x8 Suleymanov tərəfindən döyüldüyünü görmüşdür. O, həyat yoldaşı Anar Salahovdan nə baş verdiyini soruşduqda, həyat yoldaşı Anar Salahov ona həmkəndlii Nuru Süleymanovun onu küçədə oturduğuna görə döydüyünü bildirmişdir. Bundan sonra o, Nuru Sülleymanovun gəlini Gözəl Süleymanovanın yaşadığı evə gedərək onun oğlu və Gözəllə söhbət etmək və Nuru Süleymanovu belə hərəkətlərdən çəkindirməklərini xahiş etmişdir. O, Gözəl Süleymanovanın evinə getdikdən sonra aralarında söhbət etmişlər və bundan sonra o, öz yaşadığı evə qayıtmışdır. O, Gözəl Süleymanovanı döymədiyini bildirərək barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Süleymanova Gözəl Sahib qızı məhkəmə iclasında çıxış edərək bildirmişdir ki,14 may 2020-ci il tarixdə Yevlax rayonu, Yuxarı Qarxun kəndində yaşadığı evdə olan zaman həmkəndlisi Aynur Abbasova onun evinə gələrək qaynatası x5 Abbasovanın həyat yoldaşını döydüyünü bildirmişdir. Aynur Abbasova onu döyməmişdir. O, polisə yalnış məlumat vermişdir. Hazırda əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 iyun 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, x4 14 may 2020-ci il tarixdə saat 17:00 radələrində Yevlax rayonu, Yuxarı Qarxun kəndində Süleymanova Gözəl Sahib qızını döymüşdür; cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 may 2020-ci il tarixli qərardan görünür ki, Süleymanova Gözəl Sahib qızının ərizəsi əsasında torplanmış materialda cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilməsi və x2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın x4 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan x2, həm də şahid zərərçəkmiş şəxs Süleymanova Gözəl Sahib qızının verdiyi izahatlardan 14 may 2020-ci il tarixdə Yevlax rayonu, Yuxarı Qarxun kəndində Aynur Abbasova ilə Gözəl Süleymanova arasında mübahisənin baş verməsi müəyyən olunsa da, Aynur Abbasova tərəfindən Gözəl Süleymanovanı döyməsinə dəlalət edə biləcək sübutlar mövcud olmamış, digər birbaşa sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, x2 döymə, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından x2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: x2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar