Məhkəmə qərarları › İş №3(039)-402/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-402/2020

18.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-402/2020 18.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru x3, zərər çəkmiş şəxs x6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs x2 iştirakları ilə, 10.06.1961-ci ildə Yevlax rayonu, Yuxarı Qarxun kəndində anadan olmuş, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olan x2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 27 may 2020-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 10 iyun 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, x4 14 may 2020-ci il tarixdə saat 17:00 radələrində Yevlax rayonu, Yuxarı Qarxun kəndində x7 döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru x5 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, x6 14 may 2020-ci il tarixdə x4 tərəfindən döyülməsi barədə müraciəti əsasında Yevlax RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılmış, x2 əməllərində cinayət tərkibi olmadığından təhqiqat bölməsi cinayət işinin başlanmasını rədd etmiş və x4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan x4 məhkəmə iclasında izahat verib özünü təqsirli bilərək bildirmişdir ki, x11 onun həmkəndlisidir və bacısı oğlu ilə sonuncu arasında əvvəllər dəfələrlə mübahisələri olmuşdur. 14 may 2020-ci il tarixdə saat 17:00 radələrində o, qapıdan küçəyə çıxan zaman Anar Salahovun onun qapısının qarşısında əyləşdiyini görüb ona yaxınlaşıb qapısının qarşısında oturmamağı, və oradan getməyi xahiş etmişdir. Anar Salahov etiraz etdikdə o, onun əlindən tutaraq təkrar getməyi tələb etdikdə Anar Salahov yıxılaraq xəsarət almışdır. Hazırda zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olmasını bildirərək iş üzrə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs x11 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, x4 onun həmkindlisidir. 14 may 2020-ci il tarixdə saat 17:00 radələrində o, yaşadığı kənddə yerləşən mağazadan siqaret alıb evə qayıdarkən həyat yoldaşı Aynur Abbasova ona zəng edərək işdən gəldiyini və onu gözləməsini xahiş etmişdir. Bu səbəbdən də o, küçədə olan qaz borusunun üzərində oturub həyat yoldaşını gözləmişdir. Bu zaman həmkindlisi Nuru Suleymanov yaşadığı evin qapısından çıxaraq onun yanına yaxınlaşmış və ona çıxıb getməsini və onun qapısının qarşısında oturmamağı bildirmişdir. O, Nuru Suleymanova onun oturduğu yerlə Nuru Suleymanovun qapısının arasında 50-60 metr məsafənin olmasını və həyat yoldaşını gözlədiyini bildirmişdir. Lakin, Nuru Suleymanov qəflətən onu itələmişdir. O, tarazlığını saxlaya bilməyib arxası üstə yerə yıxılarkən kürəyi yerdə olan daşa, başı isə divara dəymişdir. Hazırda x1 heç bir şikayətinin olmadığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 iyun 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, x4 14 may 2020-ci il tarixdə Yevlax rayonu, Yuxarı Qarxun kəndində x7 döymüşdür; cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 may 2020-ci il tarixli qərardan görünür ki, x2 əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan x2 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə x4 tərəfindən x8 zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolla və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, x2 məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etmələri nəzərə alınmaqla, x4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: x2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar