Məhkəmə qərarları › İş №3(039)-403/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-403/2020

18.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-403/2020 18.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x1 İnzibati xəta haqqında prptokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru x3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 17 iyun 2020-ci il tarixdə saat 22.50 radələrində onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru x6 izah etdi ki, 17 iyun 2020-ci il tarixdə saat 22.50 radələrində Yevlax RPŞ-nin DYPB-nin YPX-i inspektorları polis baş serjantı Şirxan Bəylərov və x7 markalı, ** YP *** dövlət qeydiyyat nişanlı patrual avtomobili ilə Yevlax rayonu, Aran qəsəbəsi ərazisində xidmətdə olan zaman, VAZ-21011 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin dönmə işığından istifadə etmədiyi üçün həmin avtomobilə saxla işarəsi vermişlər. Sürücü Şəxs sənədləri yoxlanılan zaman sürücünün sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olmuşdur. Sürücü həkim müayinəsindən keçirildikdən sonra avtomobili ilə birlikdə Yevlax RPŞ-nin DYPB-nin dayanacağına aparılmışdır. Həmin vaxt Şəxs özünə məxsus avtomobilin arxa şüşəsini və ban hissəsini əlində olan hava doldurucu (nasos) ilə əzərək ucadan ünvanlı və ünvansız küçə söyüşləri söymüşdür. Bunu görən polis əməkdaşları Şəxs nizam-intizama dəvət etmişlər. Lakin buna baxmayaraq Şəxs özünü qeyri səməmi aparmış və polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu barədə Yevlax RPŞ-nin DYPB-nin YPX inspektorları polis baş serjantı Şirxan Bəylərov və Çingiz Xəlilov rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Nərimanabad kəndində yaşayır. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. 17 iyun 2020-ci il tarixdə evlərində olan zaman spirtli içki qəbul etmişdir. Həmin gün təxminən saat 23.00 radələrində idarə etdiyi VAZ-21011 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu, Aran qəsəbəsi ərazisində hərəkətdə olan zaman dönmə işığından istifadə etmədiyi üçün Yevlax RPŞ-nin DYPB-nin YPX əməkdaşları ona saxla işarəsi vermişlər. Yoxlama zamanı məlum olmuşdur ki avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edir. YPX əməkdaşları onu həkim müayinəsindən keçirdikdən sonra avtomobili ilə birlikdə onu DYPB-nin dayanacağına aparmışlar. Sərxoş olduğu üçün ucadan səs-küy salıb avtomobilin arxa şüşəsini və ban hissəsini əlində olan nasosla vurub əzmişdir. Bunu görən polis əməkdaşları ona yaxınlaşıb onu nizam-intizama dəvət etmişlər. Lakin əsəbi və sərxoş olduğu üçün polis əməkdaşı ilə mübahisə edərək onların qanuni tələblərinə məhəl qoymamışdır. Hazırda səhvini başa düşür və əməlindən səmimi olaraq peşmançılıq çəkir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin DYPB-nin YPX inspektoru x4 izahatında göstərdi ki, 17 iyun 2020-ci il tarixdə saat 22.50 radələrində Yevlax RPŞ-nin DYPB-nin YPX inspektoru x5 markalı, ** YP *** dövlət qeydiyyat nişanlı patrual avtomobili ilə Yevlax rayonu, Aran qəsəbəsi ərazisində xidmətdə olmuşlar. Xidmətdə olan zaman VAZ-21011 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil dönmə işığından istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. Sürücünün sənədləri yoxlanılan zaman sürücünün sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olmuşdur. Bundan sonra sürücünü həkim müayinəsindən keçirmişlər və sonra sürücünü avtomobili ilə birlikdə Yevlax RPŞ-nin DYPB-nin dayanacağına gətirmişlər. Bu barədə akt tərtib edərkən, Şəxs özünə məxsus avtomobilin arxa şüşəsini və ban hissəsini əlində olan hava doldurucu (nasos) ilə əzərək ucadan ünvanlı və ünvansız küçə söyüşləri söymüşdür. Bunu görüb Şəxs nizam-intizama dəvət etmişlər. Lakin Şəxs özünü qeyri səməmi aparmış və polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru x3, şahid x2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 17 iyun 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23.35-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş 17 iyun 2020-ci il tarixli 314 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, inzibati xətanın xarakteri, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarıhəddinin dörddə birindən az ola bilməz. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən, ağırlaşdıran halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : 08 avqust 1988-ci il tarixdə Yevlax rayonu, Bünyadabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Yevlax rayonu, Nərimanabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 17 iyun 2020-ci il tarixdən saat 23.35-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar