Məhkəmə qərarları › İş №3(039)-404/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-404/2020

28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-404/2020 28.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta törətmiş şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs-xx.xx.1972-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli , orta təhsilli, işləməyən, Yevlax şəhəri S.Vurğun küçəsi ev 15, mənzil 13-də yaşayan. Onun barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxx 2020-ci il tarixə saat 15 radələrində Yevlax şəhəri S.Vurğun küçəsi ilə C.Cabbarlı küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə zərər çəkmiş Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətasını törətmişdir. İş üzrə keçirilən məhkəmə iclası zamanı Şəxs izahat verərək bildirdi ki, xx xxx 2020ci il tarixdə saat 15:00 radələrində “Wollksvagen Passat” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri S.Vurğun küçəsi ilə C.Cabbarlı küçəsinin kəsişməsində hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21011” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilllə toqquşmuş, yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs yüngül xəsarət almışdır. Zərərçəkmiş şəxs dəymiş zərəri ödəmiş, törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Zərər çəkimiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx xxx 2020-ci il tarixdə saat 15:00 radələrində “VAZ-21011” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhərində S.Vurğun küçəsində hərəkətdə olarkən həmin küçənin C.Cabbarlı küçəsi ilə kəsişməsində yerləşən işıqforun yaşıl işığında hərəkətini davam etdirən zaman, həmin vaxt sağ tərəfdə yerləşən C.Cabbarlı küçəsi ilə hərəkət etmiş avtomobilin sürücüsü avtomobilini dayandırmamış, nəticədə avtomobillər toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində yüngül xəsarət almışdır. Şəxs ona dəymiş zərəri ödəmiş və ondan heç bir şikayəti və tələbi yoxdur. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün şəxsi etirafı, Yevlax Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Nəcəfov Şamil Rövşən oğlunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarı, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin DAMSİ polis baş leytenantı Hüseynov fariz Firdovsi oğlu tərəfində tərtib edilmiş AP ******* №-li, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Yevlax Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Nəcəfov Şamil Rövşən oğlunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə onun haqqında cinayət işi başlanması rədd edilmiş və barəsində inzibati xəta haqqında icraat aparılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində inzibati tənbeh tətbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb və törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirərək ona Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə təhbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar