Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-405/2020 20.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi x2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru x1 Zərər çəkmiş şəxs x3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx.xx.1990-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Qaraoğlan kəndində yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 17 may 2020-ci il tarixdə saat 23:00 radələrində Yevlax rayonu Qaraoğlan kəndində həmkəndlisi Turalı döymüşdür. Bununla da, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru x5 izah etdi ki, Yevlax rayonu Qaraoğlan kəndində yaşayan x6 18 may 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək 17 may 2020-ci il tarixdə saat 21:00 radələrində yaşadığı kəndə həmkəndlisi Şahmarın oğlu Asimin onu döyərək xəsarət yetirməsini bildirmişdir. Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin 23 may 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə inzibati xəta baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 17 may 2020-ci il tarixdə saat 21 radələrində kəndə dayanacağın yaxınlığında olan çayxananın həyətində olan zaman Tural çayxanaya gəlmiş, ona tərəf baxıb gülmüşdür. Sərxoş olduğu üçün onun bu hərəkətlərinə əsəbləşərək aralarında mübahisə baş vermiş, mübahisə zamanı Turalı itələyib çayxananın həyətindən çıxartmışdır. Hazırda x6 ilə barışmış, törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və Tural Səfərov ilə barışdığını nəzərə alaraq, iznibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs x6 izah etdi ki, 17 may 2020-ci il tarixdə saat 21 radələrində kəndə küçədə bir neçə nəfər kənd sakini ilə oturan zaman arxadan Asim ona yaxınlaşıb qəflətən boynundan yumruqlavurmuş, daha sonra başını stola vurmuşdur. Bu zaman yanlarında olan həmkəndliləri onları aralaşdırmışdır. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinə müraciət etmişdir. Hazırda Şəxs ilə barışmış ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru x4 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 may 2020-ci il tarixli qərarı, Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru x5 tərəfindən tərtib edilmiş MN ******* №-li, 04 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir İşə əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru x4 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 may 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş və onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 39.1-ci maddəsinin qeydində göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs zərər çəkmiş şəxs x6 ilə barışdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-405/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-405/2020
20.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver