Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-406/2020 20.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x4, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Aran qəsəbəsində yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 09 iyun 2020-ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsində yaşayan x1 məxsus anbardan 2 ədəd ləyənini və 1 ədəd qazanını oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x7 izah etdi ki, x3 19 iyun 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng Mərkəzinə və Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək həyətində yerləşən anbardan naməlum şəxslərin 2 ədəd ləyənini və bir ədəd qazanının oğurlandığını bildirmişdir. Bununla əlaqədar Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin 20 iyun 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, x3 onun qonşusudur, təxminən 3-4 gün əvvəl gecə vaxtı Xuramanın yaşadığı evin həyətinə keçib, həyətdən 2 ədəd aliminium ləyən və 1 ədəd aliminium qazan oğurlamışdır. Həmin ləyən və qazanı qəsəbənin arasında metal yığan tanımadığı şəxslərə ümumilikdə 20 manat pula satmışdır. Həmin ləyən və qazanı Xuraman Salmanovaya 5 gün ərzində alıb qaytaracaqdır. Törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs x3 izahat verərək bildirmişdir ki, 19 iyun 2020-ci il tarixdə həyətində yerləşən anbara baxdıqda anbardan 2 ədəd aliminium ləyənin və 1 ədəd aliminium qazanın oğurlandığını aşkar etmişdir. Həmin ləyənlərin və qazanın dəyəri təxminən 60-70 manat məbləğindədir. Bundan sonra o, Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng Mərkəzinə və Yevlax Rayon Polis Şöbəsinə müraciət etmişdir. Hazırda Şəxs ilə razılığa gəlmiş, belə ki, Şəxs ona dəymiş ziyanı 5 gün müddətinə ödəyəcəyinə söz vermişdir. Odur ki, hazırda şikayətinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru x2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 iyun 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş iş üzrə inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin izahatını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x5 çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayətinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinin qeydində göstərilir ki, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-406/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-406/2020
20.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver