Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-407/2020 22.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, mayoru x12, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati icraat aparılan şəxs x1 iştirakları ilə, 07.06.1977-ci il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Aşağı Qarxun kəndində qeydiyyatda olan x4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 17 iyun 2020ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, x4 29 may 2020-ci il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndində küçədə ictimai yerdə qardaşı x8 və onun oğlu x7 söyüb təhqir edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, mayoru x13 protokola uyğun izahat verərək bildirmişdir ki, x4 29 may 2020-ci il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndində küçədə ictimai yerdə qardaşı x8 və onun oğlu x7 söyüb təhqir edərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Hadisə ilə bağlı Yevlax rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılmış və cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş x4 özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, x15 onun qardaşı, x14 qardaşı oğludur və uzun müddətdir ki, aralarında mübahisələri var. Onlar Yevlax rayonu, Aşağı Qarxun kəndində bir məhlədə ayrı-ayrı evlərdə yaşayırlar. 29 may 2020-ci il tarixdə yaşadıqları Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən evlərinin həyətində qardaşı Əfqan Məhyəddinovun hasar çəkdiyini görüb ona yaxınlaşaraq hansı səbəbdən hasar çəkdiyini soruşmuşdur. Həmin vaxt qardaşı Əfqan onu hədələməyə başlamışdır. Qardaşı onu hədələsə də onu söyüb təhqir etməmişdir. Həmin vaxt məhlədə onların ikisindən əlavə bir az aralı məsafədə anası olmuş, nə məhlələrində, nə də ki, küçədə başqa adam olmamışdır. Qardaşı oğlu İsmayıl həmin günü onların mübahisələri vaxtı yaşadıqları evə gəlməmişdir və onu təhqir etməmişdir. Sadəcə qardaşı oğlu İsmayıl da onu əvvəllər hədələdiyi üçün o, qardaşından və qardaşı oğlundan polisə şikayət etmişdir. Bundan əlavə olaraq o, ictimai asayişi pozmadığını bildirmiş və barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x14çıxış edərək bildirmişdir ki, x4 onun bibisidir və uzun müddətdir ki aralarında mübahisləri var. x10 mütamadi olaraq onu və onun ailəsi şərləyib polisə şikayət edir. Lakin 29 may 2020-ci il tarixdə bibisi Gülnarəsəmalı ilə arasında heç bir mübahisəsi olmamışdır və onu söyüb təhqir etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x15çıxış edərək bildirmişdir ki, x4 onun bacısıdır və uzun müddətdir ki aralarında mübahisləri var. x11 mütamadi olaraq onu və onun ailəsi şərləyib polisə şikayət edir. Lakin 29 may 2020-ci il tarixdə öz məhlələrində hasar çəkən zaman bacısı Gülnarəsəmalı onun yanına gəlmişdir. Mübahisə vaxtı nə o bacısını, nə də ki, bacısı Gülnarəsəmalı onu söyüb təhqir etməmişdir. Onlardan başqa məhlələrində heç kim olmamışdır. Onun oğlu İsmayıl Məhyəddinov həmin gün həmin yerdə olmamışdır və bacısını təhqir etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x16 çıxış edərək bildirmişdir ki, x4 onun qızıdır. 29 may 2020-ci il tarixdə oğlu Əfqan həyətlərinə hasar çəkəndə qızı Gülnarəsəmalı onun yanına getmiş və sakit formada söhbət etməyə başlamışlar, həmin vaxt nəvəsi İsmayıl orda olmamışdır. O, qızı ilə oğlunun bir-birilərini söyüb təhqir etdiklərini və ucadan səs-küy saldıqlarını eşitməmişdir. Məhkəmə iclasında Vəkil çıxışında Məhyəddinov x1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmamasını nəzərə alaraq hüquqlarını müdafiə etdiyi şəxsin barəsində verilmiş inzibati xəta haqqında protokolun icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 17 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, x4 29 may 2020-ci il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndində küçədə ictimai yerdə qardaşı x8 və onun oğlu x7 söyüb təhqir edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 10 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, x1 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün Yevlax rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın x4 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan x1, həmdə şahidlərin verdikləri izahatlardan 29 may 2020-ci il tarixdə Gülnarəsəmalı Bayramovanın həm Əfqan Məhyəddinovla həm də İsmayıl Məhyəddinovla arasında mübahisənin baş verməsi müəyyən olunmamışdır, Gülnarəsəmalı Bayramova tərəfindən Əfqan Məhyəddinovu və İsmayıl Məhyəddinovu təhqir etməsinə dəlalət edə biləcək şahid ifadələri mövcud olmamış, digər birbaşa sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. x1 Əfqan Məhyəddinovla və İsmayıl Məhyəddinovla şəxsi münasibətlərin pozulması nəticəsində baş vermiş hadisə xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. x5rdaşı Əfqan Məhyəddinovla yaşadıqları evin həyətində aralarında yaranmış narazıçılıq xırda xuliqanlıq hesab edilə bilməz. Həmçinin, bacı-qardaş arasında baş vermiş mübahisənin ətrafdakılara və ictimai qaydaya münasibətdə törədilən hərəkətlərə keçməsi iş materialları və şahid ifadəsi ilə müəyyən edilmir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, x1əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından x1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cumaddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işəəməlindəinzibatixətatərkibiolmaması əsası ilə xitamverilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: x1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. İnzibati xətanı törətmiş şəxs x2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-407/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-407/2020
22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver