Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-408/2020 22.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, mayoru x8, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, barəsində inzibati icraat aparılan şəxs x5 iştirakları ilə, 15.08.1992-ci il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Aşağı Qarxun kəndində qeydiyyatda olan x9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 17 iyun 2020ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, x9 29 may 2020-ci il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndində küçədə ictimai yerdə bibisi x2 söyüb təhqir edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, mayoru x10 protokola uyğun izahat verərək bildirmişdir ki, x9 29 may 2020-ci il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndində küçədə ictimai yerdə bibisi x2 söyüb təhqir edərək ictimai qaydanı kobud surətdə pozmuşdur. x1 ərizəsi əsasında Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş x9 özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, x4 onun bibisidir və uzun müddətdir ki, aralarında mübahisələri var. Lakin 29 may 2020-ci il tarixdə bibisi x4 ilə əarasında heç bir mübahisəsi olmamışdır. Bundan əlavə olaraq o, ictimai asayişi pozmadığını bildirmiş və barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x4 çıxış edərək bildirmişdir ki, x9 onun qardaşı oğludur və uzun müddətdir ki aralarında mübahisləri var. x9 mütamadi olaraq atası Əfqan Məmmədovla onu təhqir edib və hədələyirlər. Lakin 29 may 2020-ci il tarixdə öz məhlələrində qardaşı Əfqan Məmmədovla aralarında mübahisələri olsa da, qardaşı oğlu İsmayıl həmin yerdə olmamışdır və onu təhqir etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x11 çıxış edərək bildirmişdir ki, x4 onun qızıdır. 29 may 2020-ci il tarixdə oğlu Əfqan həyətlərinə hasar çəkəndə qızı Gülnarəsəmalı onun yanına getmiş və sakit formada söhbət etməyə başlamışlar, həmin vaxt nəvəsi İsmayıl orda olmamışdır. Məhkəmə iclasında vəkil Məmmədov Fərhad Möhübbət oğlu çıxışında x5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından və onun x4 ilə 29 may 2020-ci il tarixdə aralarında heç bir mübahisələrinin olmamasını nəzərə alaraq hüquqlarını müdafiə etdiyi şəxsin barəsində verilmiş inzibati xəta haqqında protokolun icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 17 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, x9 29 may 2020-ci il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndində küçədə ictimai yerdə bibisi x2 söyüb təhqir edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 10 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, x1 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün Yevlax rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın x9 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan x5, həm də şahid x1 verdiyi izahatlardan 29 may 2020-ci il tarixdə x3 Bayramova arasında mübahisənin baş verməsi müəyyən olunmamışdır, İsmayıl Məhyəddinov tərəfindən Gülnarəsəmalı Bayramovanı təhqir etməsinə dəlalət edə biləcək şahid ifadələri mövcud olmamış, digər birbaşa sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Yuxarıda sadalanan işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki,x5 əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından x5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cumaddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: x5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. İnzibati xətanı törətmiş şəxs x6 Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-408/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-408/2020
22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver