Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-408/2023 15.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1981-ci ildə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu Şaplar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində YPX əməkdaşının işinə müdaxilə edərək polisin qanuni tələbinə tabe olmamışdır. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 14.06,2023cü il tarixdə saat 17:50 radələrində BDYPİ-nin YPXA-nın 8-ci tağımının inspektorları Yevlax rayonu Xaldan kəndi ərazisində xidmətdə olarkən “MAN” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin artıq tonaj yüklədiyi üçün tərələrindən sayrışan işıq və səs gücləndirici ilə saxla işarəsi verilərək həmin nəqliyyat vasitəsi saxlanılmışdır. Sürücüdən sürücülük vəsiqəsi, avtomaşına aid sənədləri və apardığı yükün qum olduğunu müəyyən etmişlər və həmin yükün normadan artıq çəki olduğunu təhmin edərək həmin sürücünü tərəziyə dəvət etmişlər, lakin sürücü özünü qeyri səmimi apararaq “sən məni yaxşı tanımırsan özünə problem yaratma” deyərək oradan getmək istəyirdi. Bu zaman yol ilə hərəkətdə olan sürücünü tanıyan özünü jurnalist kimi təqdim edən Şəxs polis əməkdaşlarına yaxınlaşaraq uca səslə səs-küy salıb polis əməkdaşlarına hədə-qorxu gəlib şantaj edib onların qanuni fəaliyyətinə mane oldu. Polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaq öz hərəkətlərini davam edtirmişdir. Bundan sonra sürücü avtomaşın ilə birlikdə polis əməkdaşları tərəfindən YPXA-nın 722 saylı postuna gətirilərək tərəzi vasitəsilə çəkilmiş və nəqliyyat vasitəsində yükün normadan 12 ton artıq olması müəyyən edilmişdir. Bundan sonra Şəxs YPXA-nın 722 saylı postuna gələrək özünə məxsus kamera ilə çəkilşlər edərək polis əməkdaşlarının işinə maneə törətmişdir, orada yenidən səs-küy salıb postun inzibati binasına daxil olub orada çəkilişlər aparmaq istəmişdir. Polis əməkdaşları yenədə həmin şəxsi dəfələrlə nizam intizama dəvət edsələr də, o, polisin qanuni tələblərinə qəsədən tabe olmamışdır. Ona görə həmin şəxs tərəflərindən saxlanılaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax RPŞ-nə gətirilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək İİ qrup əlil olmasını, himayəsində xəstə anasının olmasını və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində həbslə əlaqədar olmayan cəzanın seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı Vİİİ tağım yol patrul xidməti inspektoru, polis serjantı X7 oğlu çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində post yoldaşı ilə birlikdə Yevlax rayonu Xaldan kəndi ərazisində xidmətdə olarkən “MAN” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin artıq tonaj yüklədiyi üçün tərələrindən sayrışan işıq və səs gücləndirici ilə saxla işarəsi verilərək həmin nəqliyyat vasitəsi saxlanılmışdır. Sürücüdən sürücülük vəsiqəsi, avtomaşına aid sənədləri və apardığı yükün qum olduğunu müəyyən etmişlər və həmin yükün normadan artıq çəki olduğunu təhmin edərək həmin sürücünü tərəziyə dəvət etmişlər, lakin sürücü özünü qeyri səmimi apararaq “sən məni yaxşı tanımırsan özünə problem yaratma” deyərək oradan getmək istəyirdi. Bu zaman yol ilə hərəkətdə olan sürücünü tanıyan özünü jurnalist kimi təqdim edən Şəxs onlara yaxınlaşaraq uca səslə səs-küy salıb onlara hədə-qorxu gəlib şantaj edib onların qanuni fəaliyyətinə mane oldu. Onlar həmin vətəndaşı dəfələrlə nizamintizama dəvət etsələr də vətəndaş onların qanuni tələblərinə qəsdən tabe olmayaq öz hərəkətlərini davam edtirmişdir. Bundan sonra sürücü avtomaşın ilə birlikdə tərəflərindən YPXA-nın 722 saylı postuna gətirilərək tərəzi vasitəsilə çəkilmiş və nəqliyyat vasitəsində yükün normadan 12 ton artıq olması müəyyən edilmişdir. Bundan sonra Şəxs YPXA-nın 722 saylı postuna gələrək özünə məxsus kamera ilə çəkilşlər edərək onların işinə maneə törətmişdir, orada yenidən səs-küy salıb postun inzibati binasına daxil olub orada çəkilişlər aparmaq istəmişdir. Onlar yenədə həmin şəxsi dəfələrlə nizam intizama dəvət edsələr də, vətəndaş onların qanuni tələblərinə qəsədən tabe olmamışdır. Ona görə həmin şəxs tərəflərindən saxlanılaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax RPŞ-nə gətirilmişdir. X4 Saməddin məhkəmə iclasında Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində YPX əməkdaşının işinə müdaxilə edərək polisin qanuni tələbinə tabe olmamışdır; xx.xx.2023-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:40-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidin, Ü.Qaçaylının özünün və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs 14 iyun 2023-cü il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil X2 ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-408/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-408/2023
15.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver