Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-41/2021 16.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, zərəçəkmiş şəxsin nümayəndəsi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kəlbəcər rayonu Zar kəndində qeydiyyatda olan və Yevlax rayonu Meyvəli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2021-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2021-ci il tarixdə Şəxs tərəfindən döyülməsi barədə müraciəti əsasında Yevlax rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış Şəxs əməllərində cinayət tərkibi olmadığından təhqiqat bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs ilə münasibətləri otardığı malqaranın Sadayın nəzarət etdiyi torpaq sahəsinə keçməsi səbəbindən pisləşmişdir. xx xxxxxx 2021-ci il tarixdə Sadayın mühafizə etdiyi torpağın sahibi Maarif bu səbəbdən onlarla mübahisə etmiş və Maarif sillə ilə Xəyalı vurmuşdur. Xəyal, həmkəndli olduğu üçün Maarifdən şikayət etməmişdir. Bundan əlavə o, həmkəndlisi Xəyal ilə növbəyə uyğun, yəni bir gündən bir malqaranı örüşə aparırlar. xx xxxxxx 2021-ci il tarixdə örüş növbəsi onda, 11 yanvarda isə Xəyalda olmuşdur. 11 yanvarda Xəyal və Sadayın arasında mübahisələri olsa da o, həmin gün onların yanında olmamış və Sadayı vurmamışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs oğlunu tanıyır. xx xxxxxx 2021-ci il tarixdə torpaq sahəsinin yanında olan zaman Xəyal və Təbriz taxta ilə onun baş və çiyin nahiyəsinə zərbə vurmuşdur. Hazırda Şəxs şikayətçi olduğunu bildirərək sonuncunun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərər qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi-vəkil Məmmədov Fərhad Möhübbət oğlu hüquqlarını müdafiə etdiyi şəxsin xəsarət almasını nəzərə alıb Şəxs inzibati qaydada həbs edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, Şəxs onun həmkəndlisidir, Zərərçəkmiş şəxs isə qonşu kəndin sakini kimi tanıyır. xx xxxxxx 2021-ci il tarixdə axşam havanın toran olan vaxtı o, özünə məxsus mal-qaranı, eyni zamanda həmkəndlisi Habil Kamalov da öz mal-qarasını örüşdən qaytaran zaman təxminən 40-50 metrlik aralıda səsküy eşidib həmin yerə getmişlər. Onlar həmin yerə çatan zaman Zərərçəkmiş şəxs və X2 görmüşlər. O, Sadaydan nə baş verdiyini soruşduqda Qaçay bir söz demədən özünə məxsus avtomobilə əyləşib həmin yerdən uzaqlaşmışdır. O, nə Xəyalın Sadayı vurmasını, nə də Təbrizi həmin yerdə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 şahid X4 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Zərərçəkmiş şəxs döymüşdür; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan Şəxs, həm də şahidlərin verdiyi izahatlardan xx xxxxxx 2021-ci il tarixdə X9 Abbasovun arasında mübahisənin baş verməsi müəyyən olunsa da, Şəxs mübahisə baş verən ərazidə olması, tərəfindən Zərərçəkmiş şəxs döyməsinə dəlalət edə biləcək sübutlar mövcud olmamış, digər birbaşa sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs döymə, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-41/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-41/2021
16.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver