Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-41/2022 27.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4 , Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, 06.02.1984-cü ildə Yevlax şəhərində anadan olmuş, rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Aşağı Qarxun kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-184/2020 №-li, 02 mart 2020-ci il tarixli qətnaməsinə əsasən, yaranmış 4000 manat aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. Məhkəmə iclasında icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmov bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-184/2020 №-li, 02 mart 2020-ci il tarixli qətnaməsinə əsasən, borclu Şəxs 23 oktyabr 2019-cu il tarixdən başlayaraq, 28 may 2010-cu il təvəllüdlü X3 və 28 may 2013-cü il təvəllüdlü X2 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat məbləğində aliment tələbkar X5 xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yer müəyyən edilməmişdir. Bu səbəbdən də borclu Şəxs yerinin müəyyən edilməsi məqsədilə borclunun axtarılması haqqında axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Yevlax Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Şəxs yeri Yevlax Rayon Polis Şöbəsi tərəfindən müəyyən edilərək şöbəyə gətirilmişdir. Borclu Şəxs ödənilməmiş 4000 manat borcunun ödənilməsi tələb edilmiş və o, 19 yanvar 2022-ci il tarixdə şöbəyə verdiyi izahatında heç yerdə işləmədiyini bildirərək tələbkarın xeyrinə heç bir ödəniş etmədiyini bildirmişdir. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişi almışdır. Hazırda icra sənədi üzrə tələbkar Azadə Quluyevaya 4000 manat məbləğində aliment borcu yaranmışdır. Heç bir yerdə işləmir, maddi vəziyyəti ağırdır. Hazırda 200 manat məbləğində ödəniş edir, yaranmış aliment borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar X8 məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 27 yanvar 2022-ci il tarixdən saat 16:10-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-41/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-41/2022
27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver