Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-410/2020 23.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Azərbaycan Respublikası DİN-in Baş Dövlət x3 Yol Patrul Xidməti Alayının 8-ci taqımının yol patrul xidməti inspektoru, polis sejantı x1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsi ev 71-də yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-in Baş Dövlət x3 Yol Patrul Xidməti Alayının 8-ci taqımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 22 iyun 2020-ci il tarixdə saat 23:48 radələrində “Opel Astra” markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobili Xaldan-Zaqatala-Güstüstan sərhəddi yolunun 3-cü km-da idarə edərkən avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyi üçün saxlanılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs sürücülük vəsiqəsi olmadan və sərxoş halda nəqliyyat vasitəsini idarə edir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs yol patrul xidməti inspektoru, polis sejantı x2 məruzə edərək bildirmişdir ki, Şəxs 22 iyun 2020-ci il tarixdə saat 23:48 radələrində “Opel Astra” markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaldan- Zaqatala-Güstüstan sərhəddi avtomobil yolunun 3-cü km-da hərəkətdə olarkən avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyi üçün tərəfindən saxlanılmış, sürücü Şəxs sürücülük hüququ olmadan sərxoş halda avymobili idarə etdiyi müəyyən edilmiş və 22 iyun 2020-ci il tarixdə saat 23:50 radələrində saxlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 22 iyun 2020-ci il tarixdə qohumları ilə birlikdə yeyib içdikdən sonra saat 23:48 radələrində sərxoş vəziyyətdə əmisi oğluna məxsus “Opel Astra” markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən Mingəçevir istiqamətində idarə edərkən yol patrul xidməti inspektoru onu saxlamış, təhlükəsizlik kəmərindən istifadə etmədiyi və sərxoş vəziyyətdə avtomobili idarə etməsi aşkar olunaraq onun barəsində protokol tərtib edilmişdir. Ailəlidir, himayəsində 4 azyaşlı uşağı var, işsizdir, əməlindən peşmandır. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, yol patrul xidməti inspektoru, polis sejantı x2 tərəfindən tərtib edilmiş İXP ******* №-li, 22 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan 319 №-li, 22 iyun 2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən Şəxs 22 iyun 2020-ci il tarixdə saat 23:50-də orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiqini kifayət saymayaraq inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 22 iyun 2020-ci il tarixdən saat 23:50-dən hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-410/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-410/2020
23.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver