Məhkəmə qərarları › İş №3(039)-411/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-411/2020

23.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-411/2020 23.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x3, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri E.Məmmədov küçəsi ev 131-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 23 iyun 2020-ci il tarixdə saat 12:00 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Kapital Bankın” Yevlax filialının qarşısında karantin rejimi qaydalarını pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 535.1-ci maddələrində nəzərdə tutulmuş, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozması və ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, 23 iyun 2020-ci il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində “Kapitan Bankı” Yevlax filialının qarşısında Yevlax Rayon Polis Şöbəsinin PPXB-nun polis nəfəri, polis serjantı x6 xidmət apardığı zaman bankın qarşısında toplaşan insanların arasında sosial məsafəni tələb edərkən, bir nəfər şəxs narazılıq edərək ona heç bir səbəb göstərmədən polis əməkdaşlarının üstünə gələrək əl-qol hərəkətləri ilə polis əməkdaşını vurmaq istəmişdir. Həmin şəxs polis əməkdaşları tərəfindən məcburi qaydada saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra həmin şəxsin Yevlax şəhər sakini Şəxs olması müəyyən edilmiş və barəsində qanuni tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət edilmişdir. Raporta əsasən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 23 iyun 2020-ci il tarixdə saat 12:00 radələrində kredit ödəmək üçün tibbi maskadan istifadə etməklə SMS icazə ilə “Kapital Bankın” Yevlax filialının qarşısına getmişdir. Bankın qarşısında olan zaman ara məsafəsini gözləməklə orada xidmət aparan polis əməkdaşlarından krediti hansı qaydada ödəməsini soruşmuş, polis əməkdaşları ona bu barədə heç bir köməklik etmədiyi üçün narazılığını bildirmişdir. Həmin vaxt o, heç bir qayda pozuntusu etməmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı x6 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 23 iyun 2020-ci il tarixdə saat 12:00 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Kapital Bankın” Yevlax filialının qarşısında polis nəfəri, polis serjantı x8 ilə birlikdə bankın qarşısında toplaşan insanların arasında sosial məsafəni tələb etdikləri zaman bir nəfər şəxsin tibbi maskadan istifadə etmədən vətəndaşların növbəsini pozaraq narazılıq edib ona heç bir səbəb göstərmədən üstünə gələrək əl-qol hərəkətləri ilə onu vurmaq istədikdə həmin şəxsi məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində müəyyən edilmişdir ki, həmin şəxs yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat verməmişdir. Bundan sonra həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Polis nəfəri, polis serjantı x9 məhkəmə iclasında şahid Cavid Mustafayevin verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikasi Nazirlər Kabineti yanında x1 (Covid-19) İnfeksiyasının Azərbaycan Respublikasinin x2 x5 x7 20 iyun 2020-ci il tarixli məlumatına əsasən, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının x2 qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Beləliklə,Şəxs istinad edilən inzibati xətanı törətməsi özünün qismən etirafı, şahid ifadələri, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru Qurban Qasımovun tərəfindən tərtib edilmiş MN ******* №-li, 23 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 535.1-ci maddələri ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 23 iyun 2020-ci il tarixdən saat 12:00-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar