Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-411/2024 14.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Protokolu tərtib edən orqan Yevlax RPŞ-nin DYP bölməsinin nümayəndəsi polis mayoru X1, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Yevlax RPŞ-nin DYP bölməsinin 29 may 2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax RPŞ-nin DYP bölməsinin YPX baş inspektoru polis leytenantı X5 tərəfindən 29 may 2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 150 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasına ərizə ilə müraciət edərək bildirmişdir ki inzibati iş üzrə TP ******* nömrəli qərardan heç bir şikayətinin olmadığını, və şikayətini geri qeyd etmişdir. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax RPŞ-nin DYP bölməsinin 29 may 2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın.
Məhkəmə qərarları › İş №3(039)-411/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-411/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver