Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-412/2020 24.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu x3, Tələbkar x2, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri İnternat məktəbində yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu x1 Etibar Hidayət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu x6 məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs 12 sentyabr 2005-ci il təvəllüdlü x7 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat aliment iddiaçı x2 xeyrinə verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs barəsində aparılmış icra tədbirləri nəticəsində tələbkarın xeyrinə 100 manat aliment ödəmişdir. Alimentin artırılmasından sonra yaranmış 440 manat aliment borcun ödənilməsi üçün borclu Şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yer müəyyən edilməmişdir. Bu səbəbdən də borclu Şəxs yerinin müəyyən edilməsi məqsədilə 13 aprel 2020-ci il tarixdə borclunun axtarılması haqqında axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Yevlax Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Şəxs yeri Yevlax Rayon Polis Şöbəsi tərəfindən müəyyən edilərək şöbəyə gətirilmişdir. Borclu Şəxs ödənilməmiş 440 manat borcunun ödənilməsi tələb edilmiş və o, 24 iyun 2020-ci il tarixdə şöbəyə verdiyi izahatında heç yerdə işləmədiyini bildirərək tələbkarın xeyrinə heç bir ödəniş etmədiyini bildirmişdir. Borclu Şəxs qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq tələbkarın xeyrinə 440 manat aliment borcundan heç bir ödəniş etməmiş və icra sənədinin icrası ilə əlaqədar onun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar x5 izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən yaranmış 440 manat aliment borcundan 200 manat ödəniş etmiş, hazırda borclu Şəxs icra sənədi üzrə ona 240 manat məbləğində aliment borcu vardır. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, onun icra sənədi üzrə tələbkar x4 440 manat məbləğində borcu vardır. İşləmədiyinə və maddi vəziyyəti çətin olduğuna görə icra sənədi üzrə borcunu tələbkar Gülşən babayevaya ödəyə bilməmişdir. Hazırda 200 manat məbləğində ödəniş etmiş, qalan borcunu hissə-hissə ödəməsinə etiraz etmir. Bu səbəbdən hazırkı, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu x3, tələbkar x2 və borclu Şəxs izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 15 yanvar 2020-ci il tarixli icra sənədi üzrə barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyevə
Məhkəmə qərarları › İş №3(039)-412/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-412/2020
24.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver