Məhkəmə qərarları › İş №3(039)-412/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-412/2021

28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-412/2021 28.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Şəxs barəsində Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 12.00 radələrində Yevlax şəhəri, Nizami prospektində Yevlax RPŞ-nin qarşısında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X3 izah etdi ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 12.00 radələrində Yevlax rayonu Yeni Çobankərə kənd sakinlərindən bir qrupu xüsusi karantin rejimi qaydalarını pozaraq Yevlax RPŞ-nin inzibati binasının qarşısına gələrək uca səslə Yeni Çobankərə kənd ərazisində Səmədabad kəndinin Bələdiyyəsinin ehtiyat fondunda olan torpaq sahəsinin icarədarı olan kənd sakini X4 və X1 əlindən alınıb onlara verilməsini tələb etmişlər. Polis əməkdaşı dəfələrlə həmin vətəndaşları nizam intizama dəvət edib xüsusi karantin rejimi qaydalarının tələblərinin pozmamağa, kütləvi toplaşmamağa və sosial məsafə saxlamağa dəvət etsələr də, həmçinin hazırda həmin məsələ ilə əlaqədar, Yevlax Rayon Məhkəməsində araşdırma aparıldığı barədə hüquqi izah verilsə də, həmin kütlənin içərisində olan bir qrup şəxslərdən sonradan adı və soyadı məlum olan X8, Şəxs və X7 polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Yevlax RPŞ-nin PPXB-nin tağım komandiri polis kapitanı Vüsal Abdullayev rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Yevlax rayonu Yeni Çobankərə kəndində yaşayır. Kəndlərinin örüş torpağı Bələdiyyə tərəfindən müxtəlif şəxslərə icarəyə verilmişdir. Dəfələrlə rayon rəhbərliyinə müraciət edərək, həmin müqavilənin ləğv edilməsini və torpaqların kənd sakinlərinə geri qaytarılmasını xahiş etmişlər. Məhkəmədən dərhal qərar verməlidir ki, torpaqlar boşaldılsın. Lakin heç bir nəticə olmamışdır. Bu məsələ ilə bağlı maraqlandığı üçün xx xxxxx 2021-ci il tarixdə saat 12.00 radələrində Yevlax RPŞ-nin qarşısına toplaşmışlar. Polis əməkdaşları onlara karantin rejimini pozmamaqlarının tələblərini pozmamaqları barədə xəbərdarlıq etmişlər. Lakin torpaqların geri qaytarılmasını tələb etmişlər. Hazırda əməlindən peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublıikası İXM-nin 535.1-ci maddəsində əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə inspektoru X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə, saat 13.20-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti və inzibati xətanın xarakterini nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işin yüngülləşdirici və faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxxxxx 1976-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, İnşaatçılar küçəsi mənzil 33-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 13.20-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar