Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-413/2020 26.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru x1, barəsində inzibati icraat aparılan şəxs x2 iştirakları ilə, 05.07.1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri, ünvan 1 ünvanında yaşayan x2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 26 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, x5 26 iyun 2020-ci il tarixdə saat 10:50-də Yevlax şəhəri C.Kərimov küçəsində karantin rejimi qaydasını pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x3 çıxış edərək bildirmişdir ki, x5 26 iyun 2020-ci il tarixdə saat 10:50-də Yevlax şəhəri C.Kərimov küçəsində karantin rejimi qaydasını pozaraq SMS icazə almadan evini tərk etmişdir. Polis əməkdaşları ona yaxınlaşıb karantin qaydasını pozmamağa dəvət etsə də o, ucadan səsküy salaraq polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş x5 özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, 26 iyun 2020-ci il tarixdə saat 10:50-də yaşadığı Yevlax şəhəri C.Kərimov küçəsi ilə gedərkən polis əməkdaşları ona yaxınlaşıb SMS icazəsinin olubolmaması barədə soruşduqda o, SMS icazəsiz yaşayış evini tərk etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu karantin qaydalarını pozmamağa və evinə qayıtmağını tələb etmişlər. Lakin o, polis əməkdaşlarının tələbinə tabe olmayaraq yaşadığı evə qayıtmamışdır. Bu zaman polis əməkdaşları ona xüsusi karantin rejimini pozduğunu bildirərək rayon polis şöbəsinə gətirmişlər. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Vəliyev Şöhrət Rafiq oğlu çıxış edərək bildirmişdir ki, 26 iyun 2020-ci il tarixdə karantin rejimi ilə əlaqədar Yevlax şəhəri C.Kərimov küçəsində xidmətdə olan zaman saat 10:50-də bir nəfər vətəndaşın küçə ilə hərəkət etdiyini görüb ona yaxınlaşaraq həmin vətəndaşdan SMS icazəsinin olubolmamasını soruşmuşdur. Lakin həmin vətəndaş SMS icazəsinin olmamasını bildirmişdir. Bundan sonra o, həmin vətəndaşı karantin qaydalarını pozmayaraq yaşadığı evə qayıtması barədə xəbərdarlıq etmişdir. Lakin həmin vətəndaş onun qanuni tələbinə baxmayarq yaşadığı evinə qayıtmayacağını bildirmişdir. Bundan sonra həmin vətəndaş evinə getməyərək karantin qaydalarını pozduğu üçün tərəflərindən saxlanılaraq Yevlax Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 26 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, x5 26 iyun 2020-ci il tarixdə saat 10:50-də Yevlax şəhəri C.Kərimov küçəsində karantin rejimi qaydasını pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Vəliyev Şöhrət Rafiq oğlunun 26.06.2020-ci il tarixli raportundan görünür ki, 26.06.2020-ci il tarixdə saat 10:50-də Yevlax şəhəri C.Kərimov küçəsində vətəndaşların karantin qaydalarına əməl edib evdə qalmalarını yoxlayan zaman, bir nəfər şəxsin karantin rejimini pozduğunu görüb ona yaxınlaşıb özünü təqdim edərək onun çölə çıxmağa icazəsinin olub-olmadığını soruşduqda, həmin şəxs icazəsinin olmadığını söyləyərək nalayiq ifadələr işlədib üzərinə hücum çəkərək əl-qol hərəkətləri atmağa başlamışdır. Bundan sonra həmin şəxs saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın x5 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, x4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrinin sanksiyalarının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: x5 Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin211.1 və 535.1-ci ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 26 iyun 2020-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-413/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-413/2020
26.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver