Məhkəmə qərarları › İş №3(039)-413/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-413/2021

28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-413/2021 28.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Laçın rayonu Budaqdərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Laçın rayonu Budaqdərə kəndində qeydiyyatda olan və Yevlax rayonu Hürüuşağı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 28 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 28 aprel 2021-ci il tarixdə saat 10:00-da Yevlax rayonu Hürüuşağı kəndində torpaq sahəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X5 çıxış edərək bildirmişdir ki, 28 aprel 2021-ci il tarixdə Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə qətnaməsinin icra edilməsi ilə əlaqədar olaraq Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ilə birlikdə X8 tərəfindən zəbt edilmiş Yevlax rayonu Hürüuşağı kəndində yerləşən torpaq sahəsindən çıxarılması üçün getdikdə X8 və onun qardaşı Şəxs polis əməkdaşlarının və icra məmurunun qanuni tələblərinə tabe olmayaraq onlara maneəçilik yaratmış və səs-küy salmışlar. Polis əməkdaşları onları nizam-intizama dəvət etsələr də, onlar öz hərəkətlərinə davam etmişdilər. Bundan sonra Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılmışdır və barəsində protokol tərtib olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında bildirmişdir ki, 28 aprel 2021-ci il tarixdə Yevlax rayonu Hürüuşağı kəndində qardaşı X8 tərəfindən zəbt edilmiş torpaq sahəsindən çıxması üçün Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru və Yevlax rayon polis şöbəsinin polis əməkdaşları gəldikdə o, əsəbləşərək polis əməkdaşlarının tələbinə tabe olmamışdır. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X4 izahatında bildirmişdir ki, 28 aprel 2021-ci il tarixdə o, məhkəmə qətnaməsinin icra edilməsi ilə əlaqədar olaraq Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ilə birlikdə X8 tərəfindən zəbt edilmiş Yevlax rayonu Hürüuşağı kəndində yerləşən torpaq sahəsindən çıxarılması üçün getdikdə Şəxs və onun qardaşı Şəxs polis əməkdaşlarının və onun qanuni tələblərinə tabe olmayaraq onlara maneəçilik yaratmış, ucadan səs-küy salmışlar. Polis əməkdaşları onları nizam-intizama dəvət etsələr də, onlar öz hərəkətlərinə davam etmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis X1 bölməsinin, polis baş serjantı X6 şahid X2 izahatına uyğun izahat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, şahid ifadələri, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar