Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-414/2022 14.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Baş X5i İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidmət Alayı yol patrul xidməti inspektoru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kəlbəcər rayonu Yanşaq kəndində qeydiyyatda olan və Yevlax şəhəri İrəvanlı qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Yol Patrul Xidməti Alayının 13-cü tağımından daxil olmuş İXP seriyalı ******* saylı, 09 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 09.04.2022-ci il tarixdə saat 21:15də idarə etdiyi “MERSEDES BENZ E220 CDİ MİNİK” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs 09.04.2022-ci il tarixdə saat 21:15-də idarə etdiyi “MERSEDES BENZ E220 CDİ MİNİK” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Şəxs ilə barışdığını, buna görə də ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, ərizə ilə məhkəməyə müraciət edərək Şəxs barəsində qanunauyğun qərarın verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğuldur və hazırda zərərçəkmiş şəxslə barışıq əldə etdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İXP seriyalı ******* saylı, 09 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 09.04.2022-ci il tarixdə saat 21:15-də idarə etdiyi “MERSEDES BENZ E220 CDİ MİNİK” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; sərxoşluğun müayinəsinə dair 19.12.2021-ci il tarixli,1284 №li protokoldan görünür ki, Şəxs sərxoşluq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” aktla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 09.04.2022-ci il tarixdə saat 21:15-də idarə etdiyi “MERSEDES BENZ E220 CDİ MİNİK” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək zərərçəkmiş şəxsə maddi zərər vurmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə və nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-414/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-414/2022
14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver