Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-417/2020 24.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2.2(84)-50/2017 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs 25171 (iyirmi beş min yüz yetmiş bir) manat əsas, 10498 (on min dörd yüz doxsan səkkiz) manat faiz, 2,000 (iki min) manat dəbbə pulu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı “Standard Lizinq” X1 xeyrinə tutulması qət edilmişdir. Cavabdeh Şəxs tələbkara olan borcunu ödənilməsi tələb olunsa da, o, həmin pulu ödəməkdən qərəzli olaraq imtina etmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.2020-ci il tarixdə Yevlax Rayon Məhkəməsinə vəsatət təqdim edərək tələbkarla razılaşmaq üçün ona iki həftə vaxt verilməsini xahiş etmiş və işin baxılması xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında MƏLUMATİ-na əsasən xx.xx.2020-ci il tarixə təyin edilmiş işin baxılması xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izah etdi ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2.2(84)-50/2017 saylı qətnaməsi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, borclu Şəxs Yevlax rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Lakin borclu Şəxs tələbkara olan borcunu ödəməmişdir. Bundan sonra, icra tədbirləri davam etdirilməklə borclu Şəxs barəsində olan borcu onun özünə və əmlakı hesabına ödətdirmək məqsədi ilə borclunun daşınar və daşınmaz əmlakının olub olmaması, hər hansı bir növdə sosial müavinat alıbalmaması barədə lazımi orqanlara rəsmi sorğular edilmişdir. Edilmiş sorğuların cavabında bölməyə məlum olmuşdur ki, borclu heç bir təqaüd növü almır, onun adına heç bir daşınar və daşınmaz əmlakı və bank hesabı yoxdur. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izah etdi ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2.2(84)- 50/2017 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs 25171 (iyirmi beş min yüz yetmiş bir) manat əsas, 10498 (on min dörd yüz doxsan səkkiz) manat faiz, 2,000 (iki min) manat dəbbə pulu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı “Standard Lizinq” X1 xeyrinə tutulması qət edilmişdir. Cavabdeh Şəxs Yevlax rayonunda qeydiyyatda olsa da, işi ilə əlaqədar birinci instansiya məhkəməsinin iclaslarında iştirak edə bilməmiş və qətnaməni vaxtında əldə edə bilməmişdir. 2015-ci ildə lizinq predmetini iddiaçıya təhvil verdikdən sonra onu narahat edən olmadığından bu işin bağlandığını düşünmüş, yalnız icra məmuru onu icra icraatı barədə məlumatlandırdığı zaman belə bir qətnamənin qəbul edildiyini bilmişdir. Qeydiyyatda olduğu ünvanda qardaşı öz ailəsi ilə birlikdə yaşayır. Qətnaməni qardaşının ailəsindən biri qəbul etmiş, münasibətləri soyuq olduğundan ona bu barədə ümumiyyətlə məlumat verməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə Şəki İnzibati-İqtisadi Məhkəməsinin (indiki Şəki Kommersiya Məhkəməsi) xx xxx 2017-ci il tarixli 2-2(84)-50/2017 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini, buraxılmış müddətin bərpasına dair qərardad çıxarmaqla apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə ərizələr təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, hazırda Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmiş və qətnamənin icrasından boyun qaçırmır. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, Şəxs ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan tərkib yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, iş üzrə apellyasiya şikayəti verildiyindən, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş sənədlərdə İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs hərəkətində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığıdan, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-417/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-417/2020
24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver