Məhkəmə qərarları › İş №3(039)-419/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-419/2021

06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-419/2021 06.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Baş X8 İdarəsinin Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X3 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2 və 338.7-ci maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş 22 yanvar 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2 və 338.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədərək Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Baş X8 İdarəsinin Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X4 məhkəmə iclasında çıxış edərək protokola uyğun izahat verərək qeyd etmişdir ki, Şəxs 22 yanvar 2021-ci il tarixdə axşam radələrində Yevlax rayonu Xanabad kənd yolunda iki baş iri buynuzlu heyvanı qəflətən yola çıxartdığı üçün Zərərçəkmiş şəxs idarə etdiyi HYUNDAİ HD72 yük markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Zərərçəkmiş şəxs avtomobilinə ziyan vurulmuşdur. Mal-qaranın hadisə baş verən ərazidən keçirilməsi üçün həmin yol zolağında heç bir icazə nişanı olmamışdır. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2 və 338.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi aşkar edilərək barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs telefon vasitəsilə əlaqə saxlayaraq bildirmişdir ki, məhkəmə iclasının keçirilməsi barədə məlumatı vardır, lakin üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Barəsində inzibati xəta haqqında işdə olan izahatını təsdiq edir. İzahatında qeyd etdiklərini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs telefon vasitəsilə əlaqə saxlayaraq bildirmişdir ki, inzibati xəta haqqında işdə olan izahatını təsdiq edir. Hazırda Şəxs barəsində heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılması mümkündür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 22.01.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 22 yanvar 2021-ci il tarixdə axşam radələrində Yevlax rayonu Xanabad kənd yolunda iki baş iri buynuzlu heyvanı qəflətən yola çıxartdığı üçün Zərərçəkmiş şəxs idarə etdiyi HYUNDAİ HD72 yük markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2 və 338.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X5 “xxxx” ASC-nin X1 22 mart 2021-ci il tarixli E/402 nömrəli rəyindən görünür ki, HYUNDAİ HD72 yük markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə 1240 (bir min iki yüz qırx) manat dəyərində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsinə əsasən mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2 və 338.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1964-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Yevlax rayonu Xanabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar