Məhkəmə qərarları › İş №3(039)-419/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-419/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-419/2022 26.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4, X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X8 və onun müdafiəçisi Vəkil iştirakı ilə, 06.06.1993-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Malbinəsi kəndində yaşayan. X11 barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, X2 Rayon Məhkəməsinin 2(039)-565/2020 №-li, 05 mart 2020-ci il tarixli icra sənədinə əsasən, 1950 manat məbləğində yaranmış aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmov məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Y Yevlax Rayon Məhkəməsinin 2(039)-565/2020 №-li, 05 mart 2020-ci il tarixli icra sənədinə əsasən 26 noyabr 2015-ci il təvəllüdlü Vəliyev Fəqani Sənani oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 05 mart 2020-ci il tarixindən başlayaraq Şəxs hər ay uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq X7 verilməlidir. Yaranmış 1950 manat məbləğində aliment borcunun ödənilməsi üçün borclu Şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. İcra sənədi üzrə qeyd olunan borcun ödənilməsi üçün borclu Şəxs şöbəyə dəvət edilərək borcunun ödənilməsi tələb edilmiş və o, 18 aprel 2022ci il tarixdə şöbəyə verdiyi izahatında həmin borcun bir dəfəyə ödəyə bilməyəcəyini, hər ay borc qurtarana qədər hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. Ona görə də X3 barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X9 izahat verərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-565/2020 №-li, 05 mart 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1950 manat məbləğində aliment borcu yaranmışdır. Heç bir yerdə işləmir, uşağı xəstədir, saxlamaqda çətinlik çəkir. Borclu Şəxs qeyd etdiyi 800 manat məbləğində pulu atası onun etibarnaməsi əsasında almışdır. İcra sənədi üzrə yaranmış 1950 manat məbləğində aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, icra sənədi üzrə bildirişi almışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-565/2020 №-li, 05 mart 2020-ci il tarixli icra sənədinə əsasən onun 1950 manat məbləğində aliment borcu yaranmışdır. İşləmədiyinə və maddi vəziyyətinin olmamasına görə tələbkar Rüfanə Vəlizadənin xeyrinə ödəniş edə bilməmişdir. Hazırda tələbkar Rüfanə Vəlizadənin xeyrinə 800 manat məbləğində ödəniş etmiş, qalan borcunu hissə hissə ödəyəcəkdir. Bu səbəbdən hazırkı, iş üzrə icraata xitam verilməsini xahiş etdi. ********* №-li, 19 aprel 2022-ci il tarixli mədaxil qəbzinin surətinən görünür ki, Şəxs tərəfindən tələbkar X6 xeyrinə 800 (səkkiz yüz) manat məbləğində pul ödənilmişdir. Məhkəmə icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmovun, tələbkar Rüfanə Vəlizadənin və borclu Şəxs izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 05 mart 2020-ci il tarixli icra sənədi üzrə barəsində inzibati protokol tərtib edilmiş şəxs X8 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. X10 Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar