Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-42/2021 16.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, zərəçəkmiş şəxsin nümayəndəsi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Kəlbəcər rayonu Zar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kəlbəcər rayonu Zar kəndində qeydiyyatda olan və Yevlax rayonu Meyvəli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2021-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2021-ci il tarixdə Şəxs tərəfindən döyülməsi barədə müraciəti əsasında Yevlax Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından təhqiqat bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs ilə münasibətləri onun nəzarət etdiyi torpaq sahəsindən özünə məxsus mal-qaranı keçirtməsi səbəbindən pisləşmişdir. xx xxxxxx 2021-ci il tarixdə Sadayın mühafizə etdiyi torpağın sahibi Maarif, onun otardığı qoyunlar Maarfin torpaq sahəsinə girdiyi üçün onunla mübahisə etmiş və sillə ilə onu vurmuşdur. O, həmkəndli olduğu üçün Maarifdən şikayət etməmişdir. xx xxxxxx 2021-ci il tarixdə isə Sadayla aralarında yenə də mübahisə yarandığından o, mal-qara otaran zaman istifadə etdiyi çomaqla Zərərçəkmiş şəxs vurmuşdur. Hazırda əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs üzr istədiyini və himayəsində iki azyaşlı uşaqlarının olmasını bildirərək barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs tanıyır. Şəxs onun dostuna məxsus olan, lakin onun nəzarət etdiyi torpaq sahəsi ilə mal-qara keçirərək sahədə olan taxıla ziyan verməsi səbəbindən münasibətləri pozulmuşdur. xx xxxxxx 2021-ci il tarixdə torpaq sahəsinin yanında olan zaman Xəyal onu qəfildən arxadan taxta ilə baş və çiyin nahiyəsinə zərbə vurmuşdur. Hazırda Şəxs şikayətçi olduğunu bildirərək sonuncunun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərər qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi-vəkil Məmmədov Fərhad Möhübbət oğlu hüquqlarını müdafiə etdiyi şəxsin xəsarət almasını nəzərə alıb Şəxs inzibati qaydada həbs edilməsi barədə qərər qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Zərərçəkmiş şəxs döymüşdür; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır; doğum haqqında şəhadətnamələrdən görünür ki, Zərərçəkmiş şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 adlı uşaları var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi Şəxs etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), himayəsində iki azyaşlı uşağının olmasını(İXM-32.2), məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-42/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-42/2021
16.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver