Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-420/2021 29.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, baş leytenantı X4, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Yevlax rayonu Qaraməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Qaraməmmədli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 29 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 02 aprel 2021-ci il tarixdə saat 12:00-da Yevlax rayonu Qaraməmmədli kəndində X1 təhqir edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis X2 Bölməsinin polis sahə rəisi X7 protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs 02 aprel 2021-ci il tarixdə saat 12:00-da Yevlax rayonu Qaraməmmədli kəndində X1 təhqir etməsi səbəbindən X8 rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. X5 şikayəti əsasında rayon polis şöbəsinin təhqiqat bölməsi Şəxs əməmllərində cinyatə tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, X8 ilə aralarında torpaq sahəsinin icarəsi ilə bağlı pul mübahisələri olub. Lakin 02 aprel 2021-ci il tarixdə o, Rəfini görməmişdir və təhqir etməmişdir. Bundan əlavə olaraq o, ictimai qaydanı pozmadığını bildirmiş və barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 çıxış edərək bildirmişdir ki, Şəxs məxsus torpaq sahəsini 2020-ci ildə icarəyə götürsə də, sonra aralarında olan razılaşma pozulduğundan o, Asifə ödədiyi pulu geri alsa da, həmin puldan 1000 manatı Asif əksik verərək 2021-ci ilin mart ayında qaytaracağını bildirmişdir və o, bununla razılaşmışdır. Bundan sonra 2021-ci ilin mart ayında Asif pulu qaytarmadığı üçün o, 02 aprel 2021-ci il tarixdə Asifin telefonuna zənf edərək pulu qaytarmasını tələb etsə də, Asif pulu qaytarmayacağını bildirərək onu telefonda söyüb təhqir etmişdir. Bundan sonra o, Asifin yaşadığı evə Yevlax rayonu Qaraməmmədli kəndinə gedərək Asifdən pulunu tələb etdikdə, Asif heç bir əsas olmadan öz yaşadığı evin qapısında onu söyüb təhqir etmişdir və yerdən götürdüyü daş parçası ilə onu başına vuraraq xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 29 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 02 aprel 2021-ci il tarixdə saat 12:00-da Yevlax rayonu Qaraməmmədli kəndində X1 təhqir edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 11 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, X3 barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün qərarın surəti aidiyyəti üzrə Yevlax rayon Polis X2 Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan Şəxs, həmdə şahidin verdiyi izahatlardan 02 aprel 2021-ci il tarixdə Şəxs Rəfi Məmmədov ilə arasında mübahisənin baş verməsi müəyyən olunmamışdır, Şəxs tərəfindən Rəfi Məmmədovu təhqir etməsinə dəlalət edə biləcək şahid ifadələri mövcud olmamış, digər birbaşa sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Lakin Şəxs Rəfi Məmmədov ilə aralarında yaranmış narazıçılıq xırda xuliqanlıq hesab edilə bilməz. Həmçinin, tərəflər arasında baş vermiş mübahisənin ətrafdakılara və ictimai qaydaya münasibətdə törədilən hərəkətlərə keçməsi iş materialları və şahid ifadəsi ilə müəyyən edilmir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-420/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-420/2021
29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver