Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-423/2021 30.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis leytenantı X7 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərədən görünür ki, Şəxs, xx xxxxx 2021-ci il tarixdə saat 22.05 radələrində Yevlax rayonu, Qaraməmmədli kəndində sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polisin işinə dəfələrlə müdaxilə etmişdir. Onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis leytenantı X11 izah etdi ki, Yevlax RPŞ-nin TB-nin tədqiqatçısı polis baş leytenantı X9 xx xxxxx 2021-ci il tarixdə saat 21.27 radələrində DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə Yevlax rayonu, Qaraməmmədli kəndində yaşayan X4 əri Şəxs tərəfindən döyülməsi və bıçaqla hədələnməsi barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar olaraq xx xxxxx 2021-ci il tarixdə saat 22.05 radələrində Yevlax rayonu, Qaraməmmədli kəndində Yevlax RPŞ-nin TB-nin tədqiqatçısı polis baş leytenantı X1 Çobanovanın ərizəsini almaq istəyən zaman Şəxs polisin işinə dəfələrlə müdaxilə etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin vətəndaş Yevlax Rayon Polis Şöbəsinə dəvət edilərək sərxoşluq müayinəsindən keçirilmiş və yüngül dərəcədə sərxoş olduğu müəyyən edilmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Yevlax rayonu Qaraməmmədli kəndində rəsmi nikahı olmadan arvadı Oksana Çobanova ilə birgə yaşayır. xx xxxxx 2021-ci il tarixdə saat 21.00 radələrində evə qayıdan zaman həyat yoldaşı Oksana Çobanovanı evdə tapmamışdır. Buna əsəbləşərək niyə ondan xəbərsiz evdən çıxıb getməsi barədə öz iradlarını bildirmişdir. Bir qədər sonra polis əməkdaşları gəlmişlər və onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsinə getməkdən imtina edərək mübahisə etmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin TB-nin tədqiqatçısı polis baş leytenantı X9 bildirmişdir ki, xx xxxxx 2021-ci il tarixdə saat 21.27 radələrində DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə Yevlax rayonu, Qaraməmmədli kəndində yaşayan X2 əri Şəxs tərəfindən döyülməsi və bıçaqla hədələnməsi barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar olaraq xx xxxxx 2021-ci il tarixdə saat 22.05 radələrində Yevlax rayonu, Qaraməmmədli kəndinə yollanaraq Oksana Çobanovanın ərizəsini almaq istəyən zaman Şəxs onun işinə dəfələrlə müdaxilə etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin vətəndaş Yevlax Rayon Polis Şöbəsinə dəvət edilərək sərxoşluq müayinəsindən keçirilmiş və yüngül dərəcədə sərxoş olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 23.20-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxx 2021-ci il tarixli 73 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsində əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis leytenantı X7, şahidlər Yevlax RPŞ-nin TB-nin tədqiqatçısı polis baş leytenantı X6 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, əməlindən səmimi peşmançılığını və inzibati xətanın xarakterini nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılığını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci mаddəsinin sanskiyasında nəzərdə tutulan inzibаti həbs tətbiq еdilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1987-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 23.20-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-423/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-423/2021
30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver