Məhkəmə qərarları › İş №3(039)-424/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-424/2020

03.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-424/2020 03.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x1, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu x2, Tələbkar x5 hüquqi varisi x6, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs-xx.xx.1977-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri şəhid H.Əliyev küçəsi ev 91-də yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-416/2015 №-li, 07 aprel 2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3000 (üç min) manat borc məbləği və 30 (otuz) manat dövlət xərci alınaraq tələbkar x7 verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar olaraq böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu x3 tərəfindən borclu Şəxs dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq o, böyük icra məmurunun qanuni tələblərinə əməl etməmiş və məhkəmənin qətnaməsini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. Böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusux3 tərəfindən Şəxs barəsində 30 iyun 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs tələbkarın hüquqi varisi Raya Rəhimovaya ödəniş etməsi üçün vaxt istəmiş və işə baxılması 03 iyul 2020-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov bildirdi ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-416/2015 №li, 07 aprel 2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3000 (üç min) manat borc məbləği və 30 (otuz) manat dövlət xərci alınaraq tələbkar x7 verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yer müəyyən edilməmişdir. Bu səbəbdən də borclu Şəxs yerinin müəyyən edilməsi məqsədilə 03 mart 2020-ci il tarixdə borclunun axtarılması haqqında axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Yevlax Rayon Polis Şöbəsinə göndərilmiş və Yevlax rayon Polis şöbəsində borclu barəsində 20 aprel 2020-ci il tarixdə 400208 saylı axtarış işi açılmışdır. Borclu Şəxs yeri Yevlax Rayon Polis Şöbəsi tərəfindən müəyyən edilərək şöbəyə gətirilmişdir. Borclu Şəxs ödənilməmiş 2730 manat borcunun ödənilməsi tələb edilmiş və o, 30 iyun 2020-ci il tarixdə şöbəyə verdiyi izahatında heç yerdə işləmədiyini bildirərək tələbkarın xeyrinə heç bir ödəniş etmədiyini bildirmişdir. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Borclu Şəxs tələbkarın hüquqi varisi Raya Rəhimovaya ödəniş etməsi üçün vaxt verilsə də, borclu Şəxs hal-hazıradək tələbkarın hüquqi varisinin xeyrinə heç bir ödəniş etməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişi almış, hazırda icra sənədi üzrə tələbkar Samir Rəhimova 2730 manat məbləğində borcu yaranmışdır. Heç bir yerdə işləmir, maddi imkanı olmadığına görə icra sənədi üzrə borcunu tələbkarın hüquqi varisi Raya Rəhimovaya ödəyə bilməmişdir. Hazırda həmin borcdan 200 manat ödəməklə qalan borcu hər ay 100 manat məbləğində olmaqla tələbkarın hüquqi varisi Raya Rəhimovaya ödəyə bilər. Tələbkar x5 hüquqi varisi x6 məhkəmə iclasında izahat verərək bildirdi ki, borclu Şəxs icra sənədi üzrə 2730 manat məbləğində borcu dəfələrlə ödəyəcəyinə söz versə də, hal-hazıradək ona ödəməmişdir. İcra sənədi üzrə borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu Şəxs yalan danışır, dəfələrlə vəd verməsinə baxmayaraq borcunu ödəməmişdir. Ona görə də, onun barəsində həbslə bağlı qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Ağdam Rayon Qeydiyyat Şöbəsinin AZ-İ 948094 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x8 04 iyul 2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Nurəddin Qarayevin 27 may 2019-cu il tarixli qərarının surətindən görünür ki, icra sənədi üzrə tələbkar x8 öldüyü üçün x11 onun vərəsəsi və hüquqi varisi hesab edilmişdir. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı ilə və böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov tərəfindən tərtib edilmiş MN ******* №-li, 30 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 03 iyul 2020-ci il tarixdən saat 15:15-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar