Məhkəmə qərarları › İş №3(039)-424/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-424/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-424/2021 01.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat X5 postunun baş inspektoru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 24.03.2021-ci il tarixdə İran İslam Respublikasının “X8 X11 Porkarı” şirkəti tərəfindən Ağdam rayonu, Quzanlı qəsəbəsində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 55D13710/55D13810 nömrə nişanlı nəqliyyat vasitəsilə 450 qutu “Karamelli Konfetlər”, 3026 qutu “Biskivit”, 500 qutu “Kişmiş”, 300 qutu “Alça qurusu” və 1500 qutu “Xurma” yükləri idxal edilmiş və 25.03.2021-ci il tarixli, **********8538 saylı gömrük bəyannaməsilə X7 rəsmiləşdirilmişdir. Qeyd edilən nəqliyyat vasitəsinə Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində baxış zamanı bəyan edilən 1500 qutu “Xurma” yükünün 108 qutusunun (çəkisi 718.20 kq) üzərində malın istifadə müddətinin bitdiyi aşkar edilmişdir. Üzərində malın istifadə müddəti bitmiş 108 qutu (çəkisi 718.20 kq) “Xurma” yükü barədə Protokol tərtib edilmiş və ünvan 2 ünvanında yerləşən Yevlax gömrük postunun anbarına qoyulmuşdur. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati araşdırma başlanılmışdır. Yevlax Gömrük postunun baş inspektoru X4 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, 108 qutu (çəkisi 718.20 kq) xurma yükünün istifadəyə yararlı olub-olmamasını müəyyən etmək üçün Yevlax Gömrük postunun anbarında saxlanılan xurma yükündən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin Bərdə regional bölməsinə göndərilmiş və istifadə müddəti bitdiyi halda istifadəyə yararlı olub-olmaması və üzərində istifadə müddəti bitmiş xurma yükünün sahibkar tərəfindən ticarət obyektlərinə satışa verilə və ya verilə bilməməsi barədə rəy verilməsi xahiş olunmuşdur. AQTA-nin Bərdə regional bölməsinin cavab məktubunda Azərbaycan Qida Təhlükəsizliyi X1 Laboratoriyasının 14.04.2021-ci il tarixli Sınaq protokoluna əsasən “Xurma” yükündə kiflər aşkar edilmiş və “Yeyinti Məhsulları haqqında “ Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən üzərində saxlanma müddəti göstərilməyən və ya saxlama müddəti ötmüş məhsullar insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab edildiyinə və həmçinin satışa verilməsi qadağan edildiyinə görə hüquqi şəxs barəsində protokol tərtib edilərək baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədən Şəxs MMC-nin barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, qeyd edilən “Xurma” yükünün 108 qutusunun (çəkisi 718.20 kq) üzərində malın istifadə müddətinin bitdiyi müəyyən edilsə də, xurma özü istifadəyə yararlı olmuşdur. Qeyd olunan xurma yükü İran İslam Respublikasından idxal olunur və 718.20 kq xurma yükünün istifadə müddəti bitməmiş, lakin ixrac olunan şirkətinin işçiləri tərəfindən səhv olaraq müddəti keçmiş qutulara yığılmışdır. Hazırda inzibati xəta hesab edilən fakt, xurma yükünün səhv qutulara, yəni üzərində istifadə müddəti bitmiş tarixlər yazılmış qutulara yerləşdirilməsi nəticəsində baş vermişdir. Hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur və MMC barəsində qanuni qərarın qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05.04.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır; 11000-0484/21 saylı, 28.04.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 24.03.2021-ci il tarixdə İran İslam Respublikasının “X8 X11 Porkarı” şirkəti tərəfindən Ağdam rayonu, Quzanlı qəsəbəsində qeydiyyatda olan Şəxs MMCnin ünvanına 55D13710/55D13810 nömrə nişanlı nəqliyyat vasitəsilə 450 qutu “Karamelli Konfetlər”, 3026 qutu “Biskivit”, 500 qutu “Kişmiş”, 300 qutu “Alça qurusu” və 1500 qutu “Xurma” yükləri idxal edilmiş və 25.03.2021-ci il tarixli, **********8538 saylı gömrük bəyannaməsilə X7 rəsmiləşdirilmişdir. Qeyd edilən nəqliyyat vasitəsinə Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində baxış zamanı bəyan edilən 1500 qutu “Xurma” yükünün 108 qutusunun (çəkisi 718.20 kq) üzərində malın istifadə müddətinin bitdiyi aşkar edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2021-ci il tarixli, 7/535 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş quru xurma meyvələri standarta uyğundur və istifadəyə yararlıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə -saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, qeyd olunan normanın dispoziyasına görə saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsi inzibati xəta tərkibi yaradır. Hazırkı işdə isə idxal olunması qanunsuz sayılan xurma məhsulunun yararlılığı yoxlanılmış və ekspertiza nəticələri tətbiq edilən müayinə metodlarına və normativ/standart tələblərinə uyğun olmuşdur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. ünvan 4 ünvanında yerləşən Yevlax Gömrük postunun anbarında saxlanılan üzərində istifadə müddəti bitmiş tarixlər qeyd olunmuş 108 ədəd qutu məhv edilsin və 718,20 kq xurma yükü istifadəyə yararlı olduğu üçün Şəxs MMC-yə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar