Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-425/2020 21.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi ilə X1 barəsində Azərbaycan RespublikasıİXM-nin 211.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax şəhər YPX-i inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş, xx xxxx 2020-ci il tarixli İXP ******* saylı protokoldan X4 tərəfindən verilmişşikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan RespublikasıİXM-nin 211.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax şəhəri YPX-i inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş, xx xxxx 2020-ci il tarixli İXP ******* saylı protokola əsasən X4 Azərbaycan RespublikasıİXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat inzibati cərimə edilmişdir. Vəzifəli şəxsin xx xxxx 2020-ci il tarixli İXP ******* saylı protokoluna əsasən X4 xx xxxx 2020-ci il tarixdə Azərbaycan RespublikasıİXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün, Azərbaycan RespublikasıİXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat inzibati cərimə edilmişdir. Narazı qalan X4 inzibati xəta haqqında protokoldan şikayət verərək, yol qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar inzibati xətalarla bağlı ( İXM-nın 211.1-ci maddəsində nəzərdə tutulan) Yevlax rayonu Yol Patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən barəsində tərtib edilən xx xxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 və Baş Dövlət X7 rəsmi bildiriş göndərilsə də, məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə verilmişşikayətin dəlillərini, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətini araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinəəsasənepidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax şəhəri YPX-i inspektoru polis serjantı X2 tərəfindən, X1 Azərbaycan RespublikasıİXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş xx xxxx 2020-ci il tarixli İXP ******* saylı protokol qanuni vəəsaslıdır. Belə ki, X4 şikayətini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə karantin rejiminin qaydalarını pozmamışdır. “8103” SMS yazmaqla icazə almış və sırf kənd təsərrüfatı işlərində fəaliyyəti ilə bağlı problemlərini həll etmək üçün Yevlax şəhərinə gəlmişdir. SMS-lə icazə almışdır ,lakin protokolu tərtib etmiş məmurun deməsinə görə, onun icazəsi elektron sistemdə yerləşməmişdir. X4 hesab edirki, bu hal onun günahı deyildir. Çünki, onun istifadə etdiyi mobil nömrəyə icazə verilməsinə dair mesaj gəlmişdir və bunu protokolu tərtib etmiş məmura görtərmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax şəhəri YPX-i inspektoru polis serjantı X2 tərəfindən qanunla müəyyən edilmiş qaydada Azərbaycan RespublikasıİXM-nin tələblərinə uyğun, həmin Məcəllənin 211.1-ci maddəsi ilə inzibati xəta törətmişX4 xx xxxx 2020-ci il tarixdə müvafiq icazəsi olmadan yaşayış yerini tərk etdiyindən və həmçinin müvafiq icazənin olmasına dair polis əməkdaşına və məhkəməyə sübut təqdim edilmədiyindən, şikayət əsaslı hesab edilə bilməz. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabineti xx xxxxx 2020-ci il tarixli 124 saylı qərarırını 1.5-ci bəndinəəsasən Bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri vəşəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabineti xx xxxxx 2020-ci il tarixli 124 saylı qərarırını 1.5.1-ci bəndinəəsasən 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon vəşəhər daxilində 2 saat müddətinə verilir, rayonlar vəşəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinəəsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından özünün yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinəşikayət vermək hüquqi vardır. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinəəsasən qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində inzibati xəta haqqında işüzrə qərardan şikayət verilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, X4 Azərbaycan RespublikasıİXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 100 (bir yüz) manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax şəhəri YPX-i inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş protokolun ləğv olunmasına qanuni əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıİXM-nin 43, 53.0, 53.0.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: X1 Azərbaycan RespublikasıİXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax şəhəri YPX-i inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş protokoldan X4 tərəfindən verilmişşikayət əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsiləŞəki Apellyasiya Məhkəməsinəşikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-425/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-425/2020
21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver