Məhkəmə qərarları › İş №3(039)-426/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-426/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-426/2021 03.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Yevlax rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 Tələbkarlar Zərərçəkmiş şəxs, X1 İnzibati xəta törədən Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Yevlax Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(039)-249/2020 saylı qətnaməsinə əsasən 10.03.2015-ci il təvəllüdlü X5 Zərərçəkmiş şəxs, X3 və X6 ünsiyyətdə olmaları üçün verməkdən imtina etmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 tərəfindən Şəxs barəsində 03 may 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(039)-249/2020 saylı qətnaməsi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, Şəxs Yevlax rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmış və 10.03.2015-ci il təvəllüdlü X5 Zərərçəkmiş şəxs, X8 və X10 ilə görüşdürməsi ondan tələb olunmuşdur. Lakin Şəxs uşağı nənəsi və bibiləri ilə görüşdürməkdən imtina etmişdir. Şəxs qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İnzibati xəta törədən Şəxs məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(039)-249/2020 saylı qətnaməsinə əsasən Zərərçəkmiş şəxs, X8 və X10 azyaşlı oğlu X11 ilə hər ayın üçüncü bazar günü saat 11:00-dan – 18:00-dək görüşməlidir. Azyaşlı övladını nənəsi və bibiləri ilə üç dəfə görüşdürmüşdür. Uşağa mənfi psixoloji təsir göstərdikləri üçün bir neçə dəfə görüşməklərinə icazə verməmişdir. Lakin hazırda uşağın Zərərçəkmiş şəxs, X8 və X10 ilə görüşünə etiraz etmir. Məhkəmədən əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarlar Zərərçəkmiş şəxs və X8 ərizə təqdim edərək bildirdilər ki, hazırda Şəxs uşaqla görüşmələrinə şərait yaratmışdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, tələbkarlar Zərərçəkmiş şəxs, X1 və inzibati xəta törədən Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan tərkib yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş sənədlərdə İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar