Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-429/2020 02.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Kəlbəcər rayonu, Zülfüqarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kəlbəcər rayonu, Zülfüqarlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 01 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 01 iyul 2020-ci il tarixdə saat 21:00-da Yevlax şəhəri, Nizami prospektində karantin qaydalarını pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x5 çıxış edərək bildirmişdir ki, Şəxs 01 iyul 2020-ci il Yevlax şəhəri, Nizami prospektində karantin rejimi qaydasını pozaraq SMS icazə almadan evini tərk etmişdir. Polis əməkdaşları ona yaxınlaşıb karantin qaydasını pozmamağa dəvət etsə də o, ucadan səs-küy salaraq polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü qismən təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, o, 01 iyul 2020-ci il tarixdə Yevlax şəhərinə girişdə karantin rejimi ilə əlaqədar quraşdırılmış stasionar postda polis əməkdaşları onun idarə etdiyi avtomobili saxlayaraq sənədlərini təqdim etməyini və SMS icazəsinin olubolmamasını soruşduqda o, polis əməkdaşına icazə almadan evdən çıxdığını və postu keçməyəcəyini bildirərək sənədlərini təqdim etməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları ona avtomobildən düşməyi və sənədləri təqdim etməyi bildirmişlər, o polis əməkdaşı ilə mübahisə etmişdir. Bundan sonra polis əməkdaşı onu nizam-intizama dəvət etsə də o, əsəbi olduğundan polis əməkdaşının tələbinə tabe olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, ona hüquq və vəzifələri izah edilərək etdiyi hərəkətin nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən barəsində protokol tərtib olunmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində Yevlax Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri, polis serjantı x2 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 01 iyul 2020-ci il tarixdə karantin rejimi ilə əlaqədar Yevlax şəhəri Nizami prospektində stasionar postda xidmətdə olan zaman saat 21:00 radələrində “Vaz 21099” markalı avtomobilin sürücüsünün yol polisi əməkdaşlarının qanuni tələbinə tabe olmadığı üçün hadisə yerinə kömək məqsədilə çağırılmış və o, Yevlax şəhərinin girişində yerləşən posta gedərək həmin vətəndaşı polis şöbəsinə gətirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 01 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 01 iyul 2020-ci il tarixdə saat 21:00-da Yevlax şəhəri, Nizami prospektində karantin qaydalarını pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri, polis serjantı x1 01.07.2020-ci il tarixli raportunda göstərilmişdir ki, 01 iyul 2020-ci il tarixdə karantin rejimi ilə əlaqədar Yevlax şəhəri Nizami prospektində stasionar postda xidmətdə olan zaman saat 21:00 radələrində “Vaz 21099 markalı avtomobili saxlayaraq avtomobilin sürücüsünə karantin rejimi qaydalarını izah edərək küçəyə çıxması üçün icazəsi olubolmadığını soruşduqda o, nalayiq ifadələrlə söyüşdər söyərək müqavimət göstərmişdir. Həmin vətəndaş nizam intizama dəvət olunsa da, o, polisin qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və həmin vətəndaşın Şəxs olduğu müəyyən edilmişdir; 01 iyul 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 01 iyul 2020-ci il tarixdə, saat 21:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki,Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs 01 iyul 2020-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq təyin edilmiş inzibati cərimə yüngülləşdirilərək 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. 01 iyul 2020-ci il tarixdə tutulmuş Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-429/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-429/2020
02.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver