Məhkəmə qərarları › İş №3(039)-429/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-429/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-429/2021 03.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri N.Nərimanov küçəsi ev 86-da yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 02 may 2021-ci il tarixdə saat 03 radələrində Yevlax şəhəri Pişəvəri küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis kapitanı Yunis İsmayılov bildirmişdir ki, 02 may 2021-ci il tarixdə saar 03:00 radələrində Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri, polis baş serjantı Zaur Mehdiyev post yoldaşı polis nəfəri, polis kiçik serjantı Camal Nəsibov ilə birlikdə 7 saylı marşrutda xidmət aparan zaman Yevlax şəhəri Pişəvəri küçəsində bir nəfər şəxsin ucadan nalayiq söyüşlər işlətdiyinin şahidi olmuşlar. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, ona etdiyi əməlin qanunsuz olduğunu izah edilmişdir. Lakin həmin şəxs polisin qanuni tələbinə qsədən tabe olmamış və o, polis əməkdaşları tərəfindən güc tətbiq edilərək rayon polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax rayon yeni qəsəbə sakini Şəxsdur. Bundan sonra manqa komandiri, polis baş serjantı X8 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 02 may 2021-ci il tarixdə saat 03 radələrində çay içmək üçün Yevlax şəhəri Dəmiryolu vağzalında yerləşən çay evinə getmişdir. Orada əsəbi halda telefon ilə danışan zaman polis əməkdaşları ona yaxınlaşıb onu nizam-intizama dəvət etdikdə o, əsəbi olduğu üçün öz hərəkətlərini davam etdirmişdir. İİ Qarabağ müharibəsi iştirakçısıdır, əməlindən səmimi peşmandır. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri, polis baş serjantı Zaur Mehdiyev məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 02 may 2021-ci il tarixdə saar 03:00 radələrində post yoldaşı polis nəfəri, polis kiçik serjantı Camal Nəsibov ilə birlikdə 7 saylı marşrutda xidmət aparan zaman Yevlax şəhəri Pişəvəri küçəsində bir nəfər şəxsin ucadan nalayiq söyüşlər işlətdiyini görmüşdür. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, ona etdiyi əməlin qanunsuz olduğunu izah edilmişlər. Lakin həmin şəxs onların qanuni tələbinə qəsdən tabe olmamış və tərəfindən fiziki güc tətbiq edilərək onu rayon polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax rayon yeni qəsəbə sakini Şəxsdur. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Polis nəfəri, polis serjantı X6 məhkəmə iclasında şahid Zaur Mehdiyevin verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. İşdə olan 02 may 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 02 may 2021-ci il tarixdə saat 03:00-dan inzibati qaydada tutulmuşdur. İşdə olan SX ******* №-li, 25 oktyabr 2016-cı il tarixli hərbi biletin surətindən görünür ki, Muradov X4 və Zəngilan rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, polis baş serjantı Zaur Mehdiyevin 02 may 2021-ci il tarixli raportu və şahid ifadələri, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə tərəfindən tərtib edilmiş MN ******* №-li, 02 may 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin ifadəsini, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı Yunis İsmayılovun çıxışını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini və müharibə iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halları nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar