Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-43/2024 13.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-ci taqımının yol patrul xidməti inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil iştirakları ilə, xx xxxx 1983-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci tağımından daxil olmuş İXP seriyalı ******* nömrəli, 25 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 iyun 2023-cü il tarixdə saat 14:50 radələrində idarə etdiyi “KAMAZ 53212 YÜK” markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax-Gürcüstan yolunun 276-cı km-də, Gəncə şəhəri istiqamətində idarə edən zaman avtomaşını beton ara kəsməyə çırparaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs yol patrul xidməti inspektoru, polis serjantı X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və Şəxs barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 25 iyun 2023-cü il tarixdə saat 14:50 radələrində idarə etdiyi “KAMAZ 53212 YÜK” markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomaşını Bakı Qazax Gürcüstan yolunun 276-cı km-də idarə edərkən qəfil onun qarşısına uşaq çıxdığından yolnəqliyyat hadisəsi törətmişdir. Əməlindən peşmandır. Barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində verilmiş protokolun icraatına xitam verilməsinis xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İXP seriyalı ******* nömrəli, 25 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 iyun 2023-cü il tarixdə saat 14:50 radələrində idarə etdiyi “KAMAZ 53212 YÜK” markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax Gürcüstan yolunun 276cı km-də, Gəncə şəhəri istiqamətində idarə edən zaman avtomobili beton ara kəsməyə çırparaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 10 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərara xitam verilməsi haqqında qərarın surətində görünür ki, Azərbaycan Respublikası İXM-nin 9.2,53.1.7 ve 134.1.3-cü maddələrinin tələbi rəhbər tutaraq xx.xx.2023-cü il tarixdə Şəxs barəsində həmin Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul olunmuş inzibati tənbəh tətbiq etmə haqqında qərar ləğv edilərək başlanılmış icraata xitam verilsin və bu barədə BDYPİ MİS-də müvafiq qeydlər aparılması qərara alınmışdır. Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərar çəkmiş şəxsə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə etməsini ağırlaşdıran hal kimi nəzərə alınır. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 332.4.bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Əli
Məhkəmə qərarları › İş №3(039)-43/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-43/2024
13.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver