Məhkəmə qərarları › İş №3(039)-430/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-430/2020

02.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-430/2020 02.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Yevlax rayonu, Aşağı Salamabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Aşağı Salamabad kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş 01 iyul 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 01 iyul 2020-ci il tarixdə saat 18:30 radələrində Yevlax rayonu, Xaldan kəndində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x3 çıxış edərək bildirmişdir ki, Şəxs 01 iyul 2020-ci il tarixdə saat 18:30 radələrində Yevlax rayonu, Xaldan kəndində sərxoş vəziyyətdə ucadan səs-küy salmağa başlamışdır. Həmin vaxt polis əməkdaşları tərəfindən nizam-intizama dəvət olunsa da, ö, öz hərəkətlərinə davam edərək polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü tam təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, 01 iyul 2020-ci il tarixdə Bakı şəhərində Yevlax rayonu, Xaldan kəndinə gəlmiş və qəbirstanlığa anasının məzarını ziyarət etməyə getmişdir. Anasının məzarını ziyarət etdikdən sonra o kəndin ərazisinə gəlmiş və spitli içki qəbul etmişdir. Bundan sonra polis əməkdaşları gələrək onu nizam-intizama dəvət etsələr də o, sərxoş olduğundan polis əməkdaşlarının tələbinə tabe olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, ona hüquq və vəzifələri izah edilərək etdiyi hərəkətin nəticəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində Yevlax Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölməsinin manqa komandiri, polis baş serjantı x4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 01 iyul 2020-ci il tarixdə xidmətdə olan zaman Post Patrul Xidməti Bölməsinin polis nəfəri, polis serjantı x5 ona məlumat verərək Yevlax rayonu, Xaldan kəndi ərazisində bir nəfər şəxsin sərxoş vəziyyətdə səs-küy saldığını, onların qanuni tələblərinə tabe olmadığını və həmin vətəndaşın rayon polis şöbəsinə aparılması üçün onları köməyə çağırmışdır. O, həmin əraziyə getdikdə həmin vətəndaşın səs-küy salmaqda davam etdiyini görmüş, onlar həmin vətəndaşı xidməti avtomobillə rayon polis şöbəsinə gətirmişdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 01 iyul 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 01 iyul 2020-ci il tarixdə saat 18:30 radələrində Yevlax rayonu, Xaldan kəndində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri, polis serjantı x2 01.07.2020-ci il tarixli raportunda göstərilmişdir ki, 01 iyul 2020-ci il tarixdə Yevlax rayonu, Xaldan kəndinin ərazəsində xidmətdə olan zaman saat 18:30 radələrində Xaldan məktəbinin yaxınlığında bir nəfər şəxsin ucadan nəlayiq söyüş söydüyünü eşidib və ona yaxınlaşaraq özlərini təqdim edərək həmin vətəndaşı nizam-intizama dəvət etmişlər. Lakin həmin vətəndaş onların qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etdiyindən həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və həmin vətəndaşın Şəxs olduğu müəyyən edilmişdir; 124 №-li, 01.07.20-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs 01.07.2020-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir; 01 iyul 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 01 iyul 2020-ci il tarixdə, saat 19:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahid izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini (İXM 33.1.7) nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs 01 iyul 2020-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq təyin edilmiş inzibati cərimə yüngülləşdirilərək 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. 01 iyul 2020-ci il tarixdə tutulmuş Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar